Region
İranda etiraz dalğası: Qadınlar hicablarını yandıraraq rejimə qarşı çıxdılar - VİDEO
İranda məcburi hicab qaydalarına və qadın azadlıqlarının məhdudlaşdırılmasına qarşı yönəlmiş etiraz aksiyaları 22 yaşlı Məhsa Əmininin 16 sentyabr 2022-ci il tarixində əxlaq polisləri tərəfindən saxlanılaraq qətlə yetirilməsindən sonra yeni mərhələyə qədəm qoyub.
Publika.az xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində küçələrə axın edən yüzlərlə nümayişçi sərt geyim məhdudiyyətlərinə və dövlət müdaxiləsinə karşı kəskin etirazını bildirib.
Aksiyalardan yayılan kadrlarda qadınların toplaşan kütlənin alqışları və dəstək şüarları altında baş örtüklərini (hicabları) yandıraraq havaya qaldırdıqları görülür. Nümayişçilər məcburi hicab qaydalarının ləğv olunmasını, fərdi azadlıqların təmin edilməsini və qadın hüquqlarına qoyulan məhdudiyyətlərə son qoyulmasını tələb edirlər.
1979-cu ildən bəri tətbiq edilən məcburi hicab qaydalarına karşı qadınların atdıqları bu addımlar, ölkə miqyasında getdikcə genişlənən xalq hərəkatının və vətəndaş itaətsizliyinin əsas simvoluna çevrilib.
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO















.jpg)




















