Region
Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün yeni xüsusi nümayəndə təyin etmək ehtiyacının olduğuna lüzum görmür.
Tərəflər yeni nümayəndələr barədə razılığa gəlməzdən əvvəl iki ölkə arasındakı sərhədin açıla biləcəyinə inanır.
Publika.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri və İsveçrənin vitse-prezidenti İqnasio Kassis ilə birgə mətbuat konfransında bildirib.
“Düzünü desəm, sual budur ki, yeni xüsusi nümayəndəyə ehtiyac varmı, çünki sərhəd yeni xüsusi nümayəndələr üçün namizədlər razılaşdırılmadan əvvəl də açıla bilər”, - deyə Mirzoyan bildirib.
Nazir qeyd edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi o qədər yetkindir ki, istənilən vaxt qəti və tam razılaşma əldə edilə bilər. O qeyd edib ki, Ermənistan və Türkiyə demək olar ki, hər gün əlaqə saxlayır və danışıqlar davam edir.
Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri bir daha Türkiyənin Ermənistana ixraca qoyulan qadağanı aradan qaldırmasının vacibliyini vurğulayaraq, keçmişdə türk iş adamının Ermənistana nəsə ixrac etmək istəsəydi, ona belə bir fürsət verilmədiyini xatırladıb.
Ararat Mirzoyan qeyd edib ki, tezliklə Ermənistanda Ermənistan-Türkiyə biznes forumu keçiriləcək. O, həmçinin Türkiyənin Qarsda Ermənistan sərhədinə aparan yolun bir hissəsinin tikintisini fəal şəkildə həyata keçirdiyini bildirib.
Müəllif: Tural
-
Nida Xəbər 12:28Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır
-
Maraq dünyası10:12Aya gedən astronavtdan UFO-larla bağlı ŞOK İDDİA: Şeytanın göndərdiyi ruh...
-
Sağlamlıq09:00İnsan 500 il yaşaya bilərmi? - Alimdən təəccübləndirən açıqlama
-
Ekologiya08:43Bakını toz bürüdü, nazirlik xəbərdarlıq etdi
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi
-
Magazin207:55Məşhur aktyordan özündən 16 yaş kiçik qadınla eşq iddiasına sərt reaksiya










.jpg)


















.jpg)









