Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
Bizi izləyin

Region

Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı

Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı

İran Prezidenti Məsud Pezeşkian Tehranın sanksiyaların ləğvi və təhdidlərin dayandırılması şərti ilə Vaşinqtonla dialoqu bərpa etməyə hazır olduğunu bəyan edib.

Publika.az xəbər verir ki, Məsud Pezeşkian bunu Pakistan ordusunun komandanı Asim Munirlə görüşündə bildirib.

Onun sözlərinə görə, ABŞ niyyətlərinin ciddiliyini konkret addımlarla təsdiqləməlidir:

"İran ABŞ ilə danışıqlar aparmaq imkanından imtina etmir, lakin Amerika tərəfinin yanaşmasını dəyişməsini gözləyir".

Pezeşkianın fikrincə, Vaşinqton ilk növbədə Tehrana qarşı təhdidlərə son qoymalı və ölkəyə tətbiq etdiyi məhdudiyyətləri ləğv etməlidir. İran Prezidenti hesab edir ki, ABŞ-ın hazırkı addımları razılığa gəlmək istəyinə dair bəyanatları ilə ziddiyyət təşkil edir.

İran lideri həmçinin qeyd edib ki, ölkə əhalisi Amerika tərəfinə etibar etmir və hərbi əməliyyatların yenidən başlanmasından ehtiyat edir. Pezeşkian vurğulayıb ki, Vaşinqton həqiqətən razılaşmada maraqlıdırsa, niyyətlərinin səmimiliyini sübut etməlidir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm