Rəsmi xronika
Prezident IV Bakı Beynəlxalq Teatr Konfransının iştirakçılarına müraciət etdi
Azərbaycan Prezidenti İlham Əliyev “Teatr və multikulturalizm” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransının iştirakçılarına müraciət edib.
Müraciətdə deyilir: “Hörmətli konfrans iştirakçıları! Sizi – dünyanın müxtəlif ölkələrindən Bakıya toplaşmış görkəmli teatr peşəkarlarını səmimi qəlbdən salamlayır və konfransınızın işinə uğurlar diləyirəm. Əminəm ki, Azərbaycan xalqına xas olan qonaqpərvərlik və xalqımızın həyat tərzi olan multikulturalizm şəraitində siz müzakirəsinə toplaşdığınız bir çox məsələlərin həllinə nail olacaq və sülh, qardaşlıq çağırışı olan multikulturalizm ideyalarını teatr kimi möhtəşəm mədəniyyət amilinin köməyi ilə dünyaya yayacaqsınız.
Azərbaycan teatrının ləyaqətli tarixi var. Belə ki, XIX əsrin 2-ci yarısından başlayaraq Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələr ölkədə maarifçilik hərəkatının inkişafına güclü təkan verir, ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində forma və məzmun dəyişiklikləri yaradır. Peşəkar Azərbaycan teatrı məhz belə bir dövrün güclü mənəvi iqlimi şəraitində yaranmışdır.
144 yaşlı peşəkar teatr mədəniyyətinin vətəni olan Azərbaycan “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində artıq dördüncü dəfədir Beynəlxalq Teatr Konfransı keçirir. Sevindirici haldır ki, builki Konfrans respublikamızda elan olunmuş “Multikulturalizm ili” tədbirləri sırasındadır və Azərbaycan multikulturalizm modelinin dünyanın teatr xadimləri arasında da tanınmasına öz töhfəsini verir.
Təqdirəlayiqdir ki, dünyanın ən ünlü teatr biliciləri və peşəkar aktyorlarının “Teatr və multikulturalizm” mövzusuna həsr olunmuş IV Bakı Beynəlxalq Teatr Konfransında bir araya gəlməsinin əsas məqsədi teatrın bu günü və gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirməkdən, dünya insanının multikulturalizm və tolerantlıq mühitində yaşaması naminə səyləri birləşdirməkdən ibarətdir. Bu, çox nəcib və xeyirxah əməldir. İnsanlığın dərk edilmiş xoşbəxtliyinə tuşlanmış fəaliyyətdir.
Ümid edirəm ki, dünyanın 40-a yaxın ölkəsindən teatr mütəxəssisinin qatıldığı bu Konfrans iştirakçıların hər biri üçün maraqlı və faydalı olacaq, dünya teatr prosesinin inkişafına öz dəyərli töhfəsini verəcək. Konfransa toplaşan dünyaca məşhur rejissorlar, aktyorlar, baletmeysterlər, prodüserlər, rəssamlar, jurnalist-pedaqoqlar, teatrşünaslar maraqlı fikir mübadiləsi aparacaq, ölkələr arasındakı mədəni-dostluq tellərini daha da möhkəmləndirəcəklər.
Sizi bir daha qədim mədəniyyət məkanı Azərbaycanda salamlayır, hər birinizin fəaliyyətinə və konfransın işinə uğurlar diləyirəm”.
-
ABŞ02:4411 sentyabr terror aktının pərdəarxası: MKİ 71 məxfi sənədi yayımladı
-
Qoroskop01:40Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI










.jpg)



.jpg)



.jpg)






.jpg)





.png)




