Mehriban Əliyeva: “Xalqımızın tərəqqisi onu daha da ilhamlandırır”
Bizi izləyin

Rəsmi xronika

Mehriban Əliyeva: “Xalqımızın tərəqqisi onu daha da ilhamlandırır”

Mehriban Əliyeva: “Xalqımızın tərəqqisi onu daha da ilhamlandırır”

“İndi biz İslam Həmrəyliyi Oyunlarını böyük şərəflə qəbul edirik. Bu gün Azərbaycan bütün İslam aləmini səmimi qəlbdən samlamlayır, onlara uğurlar arzu edir”.
Publika.az
xəbər verir ki, bunu bu gün IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində çıxışı zamanı Azərbaycanın Birinci vitse-prezidenti və “Bakı 2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bildirib.
M.Əliyeva oyunlarla bağlı Azərbaycan vətəndaşlarını da təbrik edib:
“Vətənimizin hər bir vətəndaşını təbrik edirəm və minnətdarlığımı bildirirəm. Qoy Ulu Tanrı Azərbayxanı qorusun! Bu gün 50-lən artıq ölkənin idmanqçıları bu yarışa qatılıb. Mən Dördüncü İslam Oyunlarının keçirilməsinin Azərbaycana həvalə edildiyinə görə təşəkkür edirəm. Bu axşam biz İslam aləmini bir araya gətiririk. Azərbaycan bu ali missiyanı üzərinə götürdüyü üçün hamımız qürur duyuruq”.
Birinci vitse-prezident qeyd edib ki, Azərbaycan inkişaf elən ölkədir:
“Ötən il Azərbaycan müstəqilliyinin 25 illiyini qeyd etdi. Biz İslam tarzi və irsinin bir hissəsi olmaqdan fəxr udirik. Odlar diyarı Azərbaycan həm də billur sular ölkəsidir. Xəzər dənizimiz əsrlər boyu həyat mənbəyi olub. Oyunların rəmzi olan su Xəzərdən başlayan böyük səyahət keçdi. Mən gözəl və gənc könüllülərimizin hamısını salamlayıram, onlarla fəxr edirəm. Sizin fədəkarlığınız bu oyunları mümkün etdi”.
M.Əliyeva vurğulayıb ki, xalqımızın tərəqisi onu daha da ilhamlandırır:
“Avropa Oyunlarında Azərbaycan qitəni birləşdirdi. Bu Oyunlarda da sülh, mərhəmət, tolerantlıq ruhu altında bir araya gəlmişik. İslam Həmrəliyi Oyunlarına, Azərbaycana xoş gəlsiminiz!”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm