Prezident İlham Əliyev Aktauda Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında iştirak etdi - YENİLƏNİB - - FOTO
Bizi izləyin

Rəsmi xronika

Prezident İlham Əliyev Aktauda Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında iştirak etdi - YENİLƏNİB - - FOTO

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edib.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi, Rusiya Prezidenti Vladimir Putini, İran Prezidenti Həsən Ruhanini və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşıladı.

Sonra V Zirvə toplantısında iştirak edən dövlət başçılarının geniş tərkibdə iclası oldu.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Zirvə toplantısını açdı, tədbirdə imzalanacaq sənədlərin əhəmiyyətindən danışdı.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısında çıxış etdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstanın Aktau şəhərinə səfərə gəlib.

Publika.az xəbər verir ki, Aktau şəhərinin beynəlxalq hava limanında dövlətimizin başçısını Qazaxıstanın energetika naziri Kanat Bozumbayev və digər rəsmi şəxslər qarşılayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm