Rəsmi xronika
İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul etdi - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mark Şnayer dinlər və mədəniyyətlərarası dialoqun təşviqi və müxtəlif dini və etnik icmaların sülh şəraitində birgə yaşaması baxımından Azərbaycanın nümunəvi dövlət olduğunu və dünyada bu işə öz töhfəsini verdiyini bildirdi.
Dövlətimizin başçısı qeyd etdi ki, multikulturalizm və müxtəlif etnik və dini icmaların Azərbaycanda dinc yanaşı yaşamalarının təmin edilməsi dövlət siyasətidir və eyni zamanda, xalqımızın əsrlər boyu yaşatdığı həyat tərzidir.
Söhbət zamanı dinlər, mədəniyyətlər və sivilizasiyalararası dialoqun möhkəmlənməsi və dünyada təşviq edilməsi işində Azərbaycanda böyük önəm daşıyan beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olundu və ABŞ Etnik Anlaşma Fondunun bu işə töhfə verdiyi vurğulandı.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR