Rəsmi xronika
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir - Prezident

Azərbaycan zəngin tolerantlıq, multikulturalizm ənənələrinə malikdir. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir.
Publika.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündəki nitqində deyib.
Dövlət başçısı qeyd edib ki, on bir il əvvəl İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin iştirakı ilə başladığımız “Bakı Prosesi” təşəbbüsü BMT tərəfindən də dəstəklənir: "BMT-nin baş katibi Antonio Quterreş “Bakı Prosesi”ni 2008-ci ildən bəri mədəniyyətlər arasında dialoqun təbliğinin ön cəbhəsi kimi dəyərləndirmişdir. “Bakı Prosesi”nin məntiqi davamı olaraq təsis edilmiş və iki ildən bir ölkəmizdə keçirilən mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumu artıq BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviq olunması üçün əsas qlobal platforma kimi tanınmışdır.
Hörmətli qonaqlar, əminəm ki, Zirvə Görüşü çərçivəsində aparılacaq müzakirələr Qoşulmama Hərəkatının gündəliyində duran hədəflərin həyata keçirilməsinə xidmət göstərəcəkdir. Azərbaycan Hərəkata sədrlik edəcəyi müddətdə öz prioritetlərini üzv dövlətlərlə birgə həyata keçirmək üçün ardıcıl səylər göstərəcəkdir".

-
Magazin111:38
“Botoks vurduran kişilər “matışkə”dir” - VİDEO
-
Yaxın Şərq11:27
Netanyahudan ŞOK AÇIQLAMA: Putinlə razılığa gəldik ki...
-
Digər10:53
Pərviz Müşərrəf vəfat etdi
-
Digər10:33
DƏHŞƏTLİ QƏTL: Tanınmış Yutuber atası tərəfindən öldürüldü - VİDEO
-
İdman09:36
Nazir: "Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi" - VİDEO
-
Maraq dünyası03:43
Psixoloqdan Sevgililər Günü ərəfəsində tənhalara "QIZIL MƏSLƏHƏTLƏR"
-
Magazin202:42
Buzova hamamda çılpaq poza verdi - FOTO
-
Qoroskop00:30
Günün ULDUZ FALI: pul mübahisə mənbəyinə çevrilə bilər