Bərham Saleh Prezident İlham Əliyevi təbrik etdi
Bizi izləyin

Rəsmi xronika

Bərham Saleh Prezident İlham Əliyevi təbrik etdi

İraq Respublikasının Prezidenti Bərham Salehdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının Milli Məclisinə bu yaxınlarda keçirilmiş növbədənkənar seçkilərdə rəhbərlik etdiyiniz partiyanın qələbə qazanması münasibətilə Zati-alinizi və dost Azərbaycan xalqını öz adımdan və İraq xalqı adından təbrik edirəm.

Sizə ali dövləti vəzifənizdə uğurlar, dost ölkənizə tərəqqi və rifah, xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin birgə əməkdaşlıq yolu ilə daha da inkişaf etməsini arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm