Rəsmi xronika
İlham Əliyev və Putin sərhəddəki vəziyyəti müzakirə etdi
İyunun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Prezidentin Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, dövlətimizin başçısı Azərbaycanda karantin tədbirlərinin uzadılması ilə əlaqədar Moskvada Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda əvvəlcədən planlaşdırılmış iştirakının mümkün olmadığını təəssüf hissi ilə bildirib və qeyd edib ki, ölkəmiz bu tədbirdə Müdafiə naziri və Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu ilə təmsil olunacaqdır.
Vladimir Putin vəziyyətə anlayışla yanaşdığını qeyd edərək, telefon zənginə görə təşəkkürünü bildirib.
Dövlət başçıları Rusiya-Azərbaycan sərhəddində yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Prezident İlham Əliyev bildirib ki, onun Rusiya Prezidenti ilə bu il mayın 18-dəki telefon danışığından ötən dövr ərzində Samur keçid məntəqəsindən 700-ə yaxın, bütövlükdə bir ay ərzində isə quru və hava yolları ilə 1000-ə yaxın Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə gətirilib.
Prezidentlər müvafiq dövlət strukturlarına sərhəddə vəziyyətin tənzimlənməsi ilə əlaqədar əlavə tapşırıqların verilməsi barədə razılaşıblar.
-
İdman03:13Ronaldo cəzalandırılmasını tələb etdi
-
İdman00:45“Bayern Münhen” Kenan Yıldızı niyə pulsuz buraxdı?
-
Qoroskop00:15Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmağa çalışır
-
Magazin16 Oktyabr 23:24Tacir Şahmalıoğlu hansı xəstəliyə düçar olduğunu açıqladı - VİDEO
-
Sağlamlıq6 Oktyabr 22:48Kofeinsiz və adi qəhvə - Yaddaş üçün hansı daha yaxşıdır?
-
Hadisə6 Oktyabr 22:24O gəmidə yaralananlardan biri də Coşqun olub - FOTO/VİDEO
-
Magazin26 Oktyabr 22:12Keçmiş həbsxana gözətçisi gözəllik müsabiqəsinin finalına yüksəldi
-
Avropa6 Oktyabr 21:48Makron yeni ballistik raketin buraxılışını şəxsən izlədi - VİDEO








.jpg)









.jpg)
















.jpg)

