Rəsmi xronika
Dünya liderləri İlham Əliyevi təbrik edir
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə nailiyyətlər arzulamaqdan şərəf duyuram.
Cənab Prezident, xalqınızın rifahı və tərəqqisi üçün qarşıya qoyulan məqsədlərə çatmaqda Sizə uğurlar arzu edirəm.
Əminəm ki, Xorvatiya və Azərbaycan bundan sonra da qarşılıqlı dostluğu və ikitərəfli əməkdaşlığı möhkəmləndirəcək və dərinləşdirəcəkdir. Buna görə də iqtisadi əlaqələrin təkmilləşdirilməsi istiqamətində birgə fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb edir.
Cənab Prezident, Sizə ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
xxx
MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Publika.az xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm İlham Heydər oğlu,
Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Siz haqlı olaraq Azərbaycanın tanınmış lideri, həm də dünya siyasətində parlaq simasınız. Sizin rəyiniz və mövqeyiniz ən mühüm regional problemlərin həllində müəyyənedici rol oynayır.
Sizin yüksək intellektual potensialınız, təfəkkür genişliyiniz və dövlət idarəçiliyi sahəsində çoxillik təcrübəniz dinamik dəyişən müasir reallıqlar şəraitində optimal həllər tapmağınıza imkan verir.
Azərbaycan iqtisadiyyatının inkişafı, insanların həyatının keyfiyyətinin yaxşılaşdırılması Sizin məsul dövlət vəzifəsində səmərəli işinizin dəyişməz prioritetləridir. Sizin rəhbərliyinizlə həyata keçirilən strateji kurs isə ölkənizin beynəlxalq arenada nüfuzunun və rolunun durmadan artmasına şərait yaradır.
Fürsətdən istifadə edərək, Müstəqil Dövlətlər Birliyi məkanında tərəfdaş kimi qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi məsələlərində ardıcıl və konstruktiv mövqeyinizə, MDB İcraiyyə Komitəsinin fəaliyyətini daim dəstəklədiyinizə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və doğma Azərbaycanın rifahı naminə işinizdə uğurlar arzulayıram".
xxx
Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti, "Rusiya-İslam dünyası" Strateji Baxış Qrupunun sədri Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Publika.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Altmış illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Ali dövləti vəzifədə çoxillik fəaliyyətiniz, əldə etdiyiniz genişmiqyaslı iqtisadi nəticələr və strateji siyasi nailiyyətlər Sizə həm doğma ölkənizdə, həm də beynəlxalq aləmdə böyük nüfuz qazandırıb. Bu gün müşahidə olunan ümumi qeyri-sabitlik fonunda Azərbaycanın müəyyən etdiyiniz uzunmüddətli hərtərəfli inkişaf xətti ilə inamla irəliləməsi və sabitlik nümayiş etdirməsi şəksiz olaraq Sizin xidmətinizin və qurucu fəaliyyətinizin sanballı nəticəsidir.
Qoy doğma ölkənizə səmimi sevginiz və dərin sədaqətiniz bundan sonra da Sizin fəaliyyətinizin hərəkətverici qüvvəsi və Azərbaycan Respublikasının rifahı naminə nəzərdə tutduğunuz bütün planlarınızın həyata keçirilməsinin rəhni olsun! Sizə səmimi qəlbdən hər bir işinizdə uğurlar, möhkəm cansağlığı, uzun ömür və tükənməz enerji arzu edirəm.
Ümidvaram ki, Rusiya-Azərbaycan strateji tərəfdaşlığının mənafeyi və ümumi sülh naminə qardaş xalqlarımız arasında ticari-iqtisadi və humanitar əlaqələr daim genişlənəcək.
Sizə və yaxınlarınıza dərin hörmət hissi ilə xoşbəxtlik diləyirəm".
xxx
Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Publika.az-ın məlumatına görə, məktubda deyilir:
"Möhtərəm cənab Prezident, Sizi Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi qəbul etməyinizi xahiş edirəm.
Xüsusi olaraq vurğulamaq istərdim ki, Sizin liderliyiniz və müdrik siyasətiniz sayəsində Azərbaycan Respublikası Cənubi Qafqazın aparıcı ölkəsi kimi regionumuzda sabitlik və əmin-amanlıq amili olaraq beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirmiş və regional siyasətin formalaşdırılmasında strateji dövlətə çevrilmişdir.
Eyni zamanda qardaş Azərbaycanın, habelə bütün türk dünyasının tarixində yeni bir səhifə açan 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan kimi qazandığınız şanlı Qələbə regionumuzda hərtərəfli əməkdaşlıq və davamlı inkişaf üçün yeni münasibətlərin təməlini qoymuşdur.
Qarabağın işğaldan azad edilməsi yolunda göstərdiyiniz səylərə və türk birliyinin daha da güclənməsi işinə verdiyiniz töhfələrə görə təşkilatımızın İstanbulda keçirilmiş VIII Zirvə görüşündə dövlət başçıları tərəfindən “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməyinizi qardaş xalqlarımız türk dövlətlərinin Azərbaycanla birlik və həmrəyliyinin bariz numunəsi kimi böyük rəğbətlə qarşılamışlar.
Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatının yaradılması və daha da gücləndirilməsində mühüm rol oynadığını bir daha qürurla vurğulayaraq qeyd etmək istərdim ki, sədrliyiniz dövründə türk dövlətləri arasındakı əməkdaşlıq yeni müstəviyə yönəlmiş və təşkilatımız regionda daha da cəlbedici platformaya çevrilmişdir.
Zati-aliləri, fürsətdən istifadə edib Sizə bir daha möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, qardaş Azərbaycan xalqına rifah, firavanlıq və xoşbəxtlik arzulayıram".
xxx
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Altmış illik yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan çox məmnunam.
Ötən dövrdə Siz həqiqi lider, beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmış, öz ölkəsinin inkişafına və onun xalqının firavanlığına qiymətli töhfə vermiş dövlət xadimi kimi layiqincə tanınmısınız.
Bu gün Sizin rəhbərliyinizlə Azərbaycanda genişmiqyaslı sosial-iqtisadi islahatlar və səmərəli quruculuq işləri həyata keçirilir.
Cari ilin noyabr ayında İstanbulda Türk Şurasının Zirvə Toplantısında layiq görüldüyünüz “Türk Dünyasının Ali Ordeni” qardaş xalqlarımızın birliyinin təmin olunması və regionda sabitlik yaradılması üçün Sizin həyata keçirdiyiniz genişmiqyaslı fəaliyyətin etiraf edilməsinə parlaq sübutdur.
Biz çox məmnunuq ki, son illərdə siyasi, ticari-iqtisadi, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və humanitar sahələrdə strateji tərəfdaşlıq əlaqələri xalqlarımızın ortaq tarixi, dini və mədəni kökləri əsasında, həmçinin qarşılıqlı etimad və hörmət ruhunda fəal inkişaf edir.
Yüksək və ali səviyyələrdə danışıqlar aparılması mütəmadi xarakter daşıyır, xüsusən bu ilin noyabr ayında keçirilmiş səmərəli dialoqlar və görüşlər, heç şübhəsiz, Özbəkistan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşməsinə xidmət edəcək, çoxşaxəli əməkdaşlığın miqyasının daha da genişlənməsinə şərait yaradacaq.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib, Sizi həyatınızın bu unudulmaz günü münasibətilə bir daha təbrik edirəm. Sizə uzun ömür, möhkəm cansağlığı, ailə xoşbəxtliyi, məsul dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və daha böyük tərəqqi arzulayıram".
xxx
Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Siz dövlət başçısı kimi atanız – mənim dostum Heydər Əliyevin başlatdığı işi davam etdirərək xalqın rifahının yüksəldilməsində, ölkənin iqtisadiyyatının inkişafında və beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsində böyük nailiyyətlər əldə etmisiniz.
Ölkənizin ərazi bütövlüyünün bərpası xüsusi sevinc doğurmuşdur. Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasında Sizin səyləriniz regionda təhlükəsizliyə və sabitliyə töhfə verir.
Azərbaycanın parlaq gələcəyi, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərə uyğun olaraq məqsəd və planların uğurla reallaşdırılması üçün məsul işinizdə Sizə uğurlar arzulayıram.
Əminəm ki, Qazaxıstan ilə Azərbaycan arasında qarşılıqlı hörmət və mehriban qonşuluq ənənələrinə əsaslanan hərtərəfli strateji tərəfdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə dinamik şəkildə yüksələcək və inkişaf edəcəkdir.
Sizinlə görüşlərimizi həmişə səmimiyyətlə xatırlayıram, münasibətlərimizin gələcəkdə də davam edəcəyinə ümidvaram.
Hörmətli İlham Heydər oğlu, yubileyiniz münasibətilə Sizə möhkəm cansağlığı, ailə səadəti, məsul dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".
xxx
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Mətndə deyilir:
"Əziz dostum,
Hörmətli cənab Prezident,
Sizi Gürcüstan hökuməti və gürcü xalqı adından 60 illik yubileyiniz münasibətilə xüsusi şərəf hissi ilə ürəkdən təbrik edirəm. Sizə güc-qüvvət, cansağlığı və uğurlar arzulayıram.
Azərbaycanın uğurlu bir dövlət kimi qurulmasında Sizin xidmətləriniz və rolunuz ölçüyəgəlməzdir.
Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində Sizin şəxsi səylərinizi nə qədər yüksək qiymətləndirdiyimizi xüsusi qeyd etmək istərdim.
Gürcü və Azərbaycan xalqları arasında ənənəvi dostluq Gürcüstan üçün çox dəyərlidir. Bu, ölkələrimizin mehriban qonşuluq və yaxın tərəfdaşlıq münasibətlərinin inkişafı üçün mühüm amildir.
Qətiyyətlə inanıram ki, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq həmişə regionun sabitliyinə, tərəqqisinə və rifahına güclü təminat olacaqdır.
Şadam ki, xüsusən son dövrlərdə əməkdaşlığımızın yüksək səviyyəsi ümumi maraq kəsb edən bir sıra sahələrdə birgə uğurlu işlərimiz üçün möhkəm zəmin yaratmışdır.
Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Gürcüstanla Azərbaycan arasında qardaşlıq, dostluq, tərəfdaşlıq əlaqələri inkişaf edir, dərinləşir və bu işdə Sizin şəxsi töhfəniz çox böyükdür. Belə bir nümunəvi qardaşlığa görə Sizə bir daha təşəkkür edirəm. Əminəm ki, əlaqələrimiz Gürcüstan-Azərbaycan dostluğunun və əməkdaşlığının möhkəmlənməsinə yeni və daha güclü təkan verəcək, son nəticədə ölkələrimizə firavanlıq, sabitlik gətirəcəkdir. Ölkələrimiz gürcü və Azərbaycan xalqlarının çoxəsrlik mehriban qonşuluğa və dostluğa əsaslanan uğurlu əməkdaşlığını bundan sonra da davam etdirəcəklər.
Əziz dostum, hörmətli Prezident, icazə verin Sizə öz səmimi ehtiramımı bir daha ifadə edim. Sizə rifah və Azərbaycan Prezidenti kimi qarşıya qoyduğunuz məqsədlərə çatmaqda uğurlar arzulayıram".
xxx
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Hörmətli İlham Heydər oğlu.
Həyatınızın əlamətdar günü – 60 illik yubileyiniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin.
Bu xoş gündə qeyd etmək istəyirəm ki, Sizin həyat yolunuz, xalqınızın rifahı naminə fəal və fədakar əməyiniz ölkəyə vicdanla xidmətin parlaq nümunəsidir. Dost Azərbaycan xalqı sosial-iqtisadi dəyişikliklərin reallaşmasında, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsində, habelə respublikanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsində Sizin rəhbərliyinizlə qazanılmış uğurlara görə haqlı olaraq fəxr edə bilər.
İkitərəfli qarşılıqlı əlaqələrin yüksək etimad səviyyəsi ilə səciyyələnən keyfiyyətcə yeni inkişaf mərhələsinə çatmasını Tacikistanda Sizin adınızla bağlayırlar.
Bu xoş fürsətdən istifadə edib vurğulamaq istəyirəm ki, biz ölkələrimiz arasında dostluq və çoxtərəfli əməkdaşlıq münasibətlərinin hərtərəfli möhkəmlənməsi və genişlənməsi üçün Sizinlə bərabər bütün tədbirləri görmək əzmindəyik.
Əziz dost, Sizə səmimi qəlbdən uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və qardaş Azərbaycanın firavanlığı naminə bundan sonrakı fəaliyyətinizdə yeni uğurlar diləyirəm".
xxx
Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm.
Bu gün Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində qazanılmış böyük uğurlar, ölkənizin iqtisadi inkişafında mühüm nailiyyətlər, dünya arenasında onun nüfuzunun möhkəmlənməsi ayrılmaz surətdə Sizin adınızla bağlıdır.
Siz bütün varlığınızı doğma ölkənizin mənafelərinin qorunmasına, ümummilli hədəflərin və proqramların gerçəkləşməsinə həsr etmisiniz. Xalqa bu cür sədaqətli xidmət yüksək qiymətə layiqdir.
Ölkələrimiz arasında strateji və mehriban qonşuluq münasibətlərinin inkişafına, xalqlarımızın səmimi dostluğunun və qardaşlığının möhkəmlənməsinə Sizin şəxsi diqqətinizi və hərtərəfli dəstəyinizi xüsusi qeyd etmək istərdim.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə firavanlığı, ölkənizin qardaş xalqına bundan sonra da sülh, tərəqqi və inkişaf arzulayıram".
xxx
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu,
Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Bir dəfə Siz çox düzgün qeyd etmisiniz: Əgər gələcək haqqında fikirləşməsən, bu günün məsələlərini həll etmək çox çətindir. Azərbaycan bu prinsipi əsas tutaraq sosial-iqtisadi inkişaf sahəsində sanballı uğurlar qazanmış, beynəlxalq miqyasda öz mənafelərini qətiyyətlə müdafiə edən güclü və nüfuzlu dövlətə çevrilmişdir.
Minsk ilə Bakı arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla davam etməsini məmnuniyyətlə qeyd edirəm.
Əminəm ki, nəzərdə tutduğumuz irihəcmli infrastruktur layihələrinin reallaşması çoxplanlı əməkdaşlığın dərinləşməsi üçün möhkəm təməl olacaq.
Sizin dostluğunuzu, etimadınızı, dəstəyinizi, Belarusun mənafeyinə şəxsən diqqət yetirməyinizi çox yüksək qiymətləndirirəm. Görüşlərimizi səmimiyyətlə xatırlayır, qonaqpərvər Belarus torpağında Sizi tez-tez görməyə ümid edirəm.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti vəzifənizdə həyata keçirdiyiniz quruculuq işlərində yeni uğurlar arzulayıram".
xxx
Çin Xalq Respublikasının Sədri Si Cinpindən Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Son illərdə Çin-Azərbaycan münasibətləri sürətli və sabit şəkildə inkişaf edir, qarşılıqlı siyasi etimad gündən-günə möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq isə uğurla və səmərəli surətdə irəliləyir. Bu ilin iyun ayında telefon danışığımız zamanı biz ikitərəfəli əlaqələrin inkişafı və əsas istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mühüm razılıqlar əldə etdik. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verir, ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin ölkələrimizin, xalqlarımızın rifahı naminə yeni səviyyəyə yüksəlməsi üçün Sizinlə birgə səy göstərməyə hazıram.
Sizə möhkəm cansağlığı və firavanlıq arzu edirəm".
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO