Rəsmi xronika
Can Min Prezidentə təbrik məktubu ünvanladı
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Publika.az">Publika.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Bu gün Azərbaycan Respublikası millətlər birliyində xüsusi yer tutur. Ölkə xalqın rifah səviyyəsinin və beynəlxalq aləmdə nüfuzunun daim artmasına səy göstərərək uğurla inkişaf edir.
Bakının xarici siyasət vektoru ölkənin milli maraqlarına xidmət edir, daxili potensialını artırmağa və tərəqqi yolu ilə irəliləməsinə imkan yaradır.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəaliyyətinə göstərdiyiniz daimi diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, Təşkilatın gündəliyində duran məsələlərə maraq göstərmək və ŞƏT ilə dialoqda tərəfdaş qismində fəal iştirak etmək dövlətin statusunun yüksəlməsinə, həmçinin ŞƏT çərçivəsində bundan sonrakı səmərəli əməkdaşlığa zəruri şərait yaradacaq.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və bundan sonra da uğurlar, Azərbaycan xalqına isə sülh, firavanlıq və yeni-yeni nailiyyətlər arzulayıram".
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)





