Rəsmi xronika
İlham Əliyev Volodimir Zelenski ilə görüşdü - FOTO/YENİLƏNDİ
İyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.
Publika.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparıldı, Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında Ukraynaya səfəri və səfər zamanı keçirilmiş müzakirələr qeyd edildi. Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Respublikasının Ukraynaya yeni səfiri təyin olunub və səfir tezliklə fəaliyyətə başlayacaq.
Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya humanitar yardımlarına, ukraynalı uşaqlara göstərilən qayğıya və onların Azərbaycana səfərlərinin təşkil olunmasına görə təşəkkürünü bildirdi və bunun çox yüksək qiymətləndirildiyini dedi.
Söhbət zamanı Azərbaycanın və Ukraynanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi məmnunluqla qeyd olundu.
xxx
21:34
Kişineuda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub.
Publika.az xəbər verir ki, iyunun 1-də Moldovanın paytaxtında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.
-
Yaxın Şərq16:09
Bu ölkə 13 ildən sonra Suriyaya qayıdır: Səfirlik açılır
-
Kriminal15:10
Vəzifəli şəxslər 1 milyonu aralarında belə bölüblər
-
Kriminal14:50
Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb sevdiyi oğlana verdi - ŞOK TƏFƏRRÜAT
-
İdman13:34
Ailədə söz-söhbət: İtalyan gözəl ona xəyanət edib? - FOTOLAR
-
İdman13:05
Prezidentin nəvələri Messi və dostları ilə görüşdülər - FOTO
-
Sosial12:13
Gələn ilin bayram günləri müəyyən edildi
-
Qoroskop11:17
2025-də sevgidən yarıyacaq 3 bürc: Hər an evlilik təklifi ala bilərsiniz
-
Sosial10:16
Minimum pensiya bu qədər olacaq - MƏBLƏĞ AÇIQLANDI