Rəsmi xronika
Xankəndiyə sızmağa çalışırlar - Böyük müharibə hazırlığı haqda XƏBƏRDARLIQ

Fransa da daxil olmaqla 8 ölkə Ermənistanı silahlandırır. Qərbin və İranın ortaq hədəfi türk birliyinin önünü kəsməkdir. Bu təhlükəni görən Əliyev seçki ilə əlini daha da gücləndirdi və bundan sonra İrəvana son zərbəni endirmək üçün gözləyir.
Publika.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb.
Türkiyəli jurnalist Yılmaz Bilginin hazırladığı məqalədə bildirilir ki, Azərbaycanın Qarabağ zəfəri Ermənistanı dəstəkləyən Qərbi narahat edir: “Fransa başda olmaqla bəzi ölkələr Bakı ilə yanaşı, Qarabağın Xankəndi, Şuşa, Zəngilan kimi bölgələrinə sızmağa çalışır. Digər tərəfdən, Ermənistana 8 fərqli ölkədən silah-sursat göndərilir. Qlobal güclər iki il ərzində bölgədə böyük çaplı toqquşma vəziyyəti yaratmağı planlaşdırır. Bakıda qəzetimizə danışan mənbələr qurulan oyunları gördüklərini, seçkilərin növbədənkənar keçirilməsinin də bu çətin dövrdə hazırlıq məqsədi daşıdığını deyiblər”.
Ehtiyatda olan general Yücel Karauz Türkiyə və Azərbaycanın təhlükəni gördüyünü bildirib.
“Müştərək ordu quran iki ölkə artıq ortaq hava sahəsi də yaradırlar. Bütün hərbi hava qüvvələrinin inteqrasiyası aparılır. Misal üçün, Gəncədəki hər hərəkəti Elazığdakı hərbi hava bazasından izləmək mümkündür. Yaxud Bakıda, ümumilikdə Xəzər bölgəsində nə olursa, Egedə türk əsgəri bilir. Türkiyə və Azərbaycan arasında NATO-nun 5-ci maddəsinə bənzər əməkdaşlıq qurulur”, - türkiyəli general diqqətə çatdırıb.
Asif

-
MDB14:18
Bu türk dövləti Rusiya ilə müharibəyə hazırlaşır? – Müdafiə Nazirliyi bəyanat yaydı
-
Dünya13:48
İstanbul təhlükədə: 7 baldan güclü zəlzələ olacaq - Riskli bölgələrin siyahısı
-
İdman13:36
Ən cazibədar qadın futbolçu tənqid olunur: Bu VİDEOSUNA görə - MƏN UTANARDIM
-
Nida Xəbər 12:43
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi: Nəyə mesajdır? - FOTO
-
Rəsmi xronika11:25
İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verdi
-
Hadisə10:59
Bakıda 2 nəfərin öldüyü dəhşətli qəzanın - VİDEOSU
-
Nida Xəbər 10:24
Paşinyandan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına reaksiya: Təxribatdır
-
MDB10:12
Putin bunu Ukraynaya ilk dəfə təklif etdi: Moskvanın planı nədir?