Rəsmi xronika
Prezident və xanımı Mövlud Süleymanlının dəfn mərasiminə əklil göndərdi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlının dəfn mərasiminə əklil göndərib.
Publika.az xəbər verir ki, əklil mərhum yazıçının məzarı üstünə qoyulub.
Qeyd edək ki, M.Süleymanlı fevralın 21-də vəfat edib. Xalq yazıçısı bu gün Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub.
***
Ötən gün vəfat edən Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlı Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub.
Publika.az xəbər verir ki, mərhum öz vəsiyyətinə uyğun olaraq anasının məzarı yanında torpağa tapşırılıb.
Dəfn mərasimində mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, digər dövlət rəsmiləri, M.Süleymanlının ailə üzvləri, qələm dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bu gün Şamaxının Cümə məscidində Xalq yazıçısının vəfatı ilə bağlı ehsan süfrəsi açılacaq.
Qeyd edək ki, Mövlud Süleyman oğlu Balakişiyev 1943-cü il mаrtın 18-də Qərbi Azərbaycanda - Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub. Ədəbi yaradıcılığa lirik şeirlərlə başlayan M.Süleymanlının "Əllərim" adlı ilk şeiri 1964-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Azərbaycan ədəbiyyatında daha çox nasir kimi şöhrət qazanan yazıçının “Qar”, “Yanğın”, “Şanapipik”, “Şeytan”, “Dəyirman” əsərlərindən ibarət “Ayın aydınlığında” (1979) kitabları vardır. M.Süleymanlının bir sıra əsərləri tamaşaya qoyulub (“Kökdən düşmüş piano”, “Dəyirman” və s.), ssenariləri əsasında filmlər (“Çətirimiz buludlardır”, “Bəyin oğurlanması” və s.) çəkilib.
Bir müddət əvvəl insult keçirən M.Süleymanlı fevralın 21-də vəfat edib.(report)
-
Nida Xəbər 10:40Hökumət üzvləri parlamentdədir
-
İdman10:30Güzgü qarşısında: Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA heyrətləndirdi
-
Nida Xəbər 10:18Azərbaycanın QHT nümayəndələri yenə də Ermənistana gedirlər
-
Cinayət dünyası09:36“Bossların bossu” öldü
-
Sosial09:33Əməkdar jurnalist vəfat etdi - FOTO
-
Dünya08:12Tailandda dəhşətli yanğın: 11 nəfər öldü, 40-a yaxın xəsarət alan var
-
İdman07:47Ronaldinyo 11 ildən sonra geri dönüb qol vurdu - Foto / Video
-
Region07:30Putin Rzayi ilə görün hansı məsələləri müzakirə edib - Səfir detalları açıqladı









.jpg)



.jpg)























