Nida Təhlil
Cənubi Qafqazda yeni reallıq: Azərbaycan istiqaməti müəyyən edir
Dünyamız fundamental transformasiya mərhələsindən keçir. Bu mərhələdə iqlim dəyişikliyi, enerji və ərzaq təhlükəsizliyi, genişlənən bərabərsizliklər səbəbindən artan təzyiqlərlə üz-üzəyik. Bu təzyiqlər fonunda orta güclər elə addımlar atmalıdır ki, dəyişikliyə həssas cəmiyyətlər və ölkələr bu prosesdən daha az təsirlənsinlər.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov bildirdi.
Onun sözlərinə görə, Azərbaycan məhz bu istiqamətdə atdığı addımlarla sadəcə öz siyasətini müəyyənləşdirmir, həm də Cənubi Qafqaza və onun siyasi gündəminə fundamental təsir göstərir:
“Azərbaycan Cənubi Qafqaz haqqında fikir formalaşdırmağı bacarır. WUF13 tədbiri də başda şəhərsalma olmaqla, dünyanı yaxından maraqlandıran müxtəlif mövzular baxımından önəmli tədbirdir. Azərbaycan bu tədbir vasitəsilə dayanıqlı sülh prosesinə diqqət çəkməyi bacarır və bu istiqamətdə xalqımızın yanaşmasını ortaya qoyur.
Təbii ki, müasir tendensiyaların öyrənilməsi əsas amillərdən biridir. Lakin bu müasirlik və yenilik içərisində itib-batmamaq, öz dəyərlərini qoruyub saxlamaq vacibdir. Azərbaycan mahiyyət etibarilə ənənəvi cəmiyyətdir. Bizim üçün milli-mənəvi dəyərlərin qorunması çox önəmli amildir. Biz bu tarixi yaddaşımızı gələcək nəsillərə ötürməliyik. Müasir innovasiyaların öyrənilməsi və fikir mübadiləsi forum çərçivəsində xüsusi önəm kəsb edir”.

Deputat qeyd etdi ki, Azərbaycan təcrübəsini paylaşır və bu təcrübə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı şəkildə davam edən işlərlə özünü sübut edir:
“Azərbaycan bu ərazilərdə həm ənənəvi, həm də bərpa olunan enerji növlərinin tətbiqini həyata keçirir. Yeni tipli məktəblər, xəstəxanalar tikilir, şəhərlərin baş planları hazırlanır. “Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları üzrə layihələr həyata keçirilir. Bu təcrübə son dövrlərdə oxşar taleyi yaşayan xalqlar üçün nümunə hesab olunur. Təbii ki, yenidənqurma təcrübəmiz bu gün istinad edilən təcrübələrdən biridir. Bu istiqamətdə Azərbaycan öz təcrübəsini maraqlı tərəflərlə bölüşməyə hər zaman açıqdır”.
Müəllif: Roza Şəfiyeva
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur















.jpg)




















