Rəsmi xronika
İlham Əliyev Fabrizio Fabbri ilə görüşdü - Yeniləndi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Çernobbio şəhərində İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri ilə görüşüb.
Publika.az xəbər verir ki, söhbət zamanı “Ansaldo Energia” şirkətinin hazırda Mingəçevirdə Azərbaycanın ən böyük İstilik Elektrik Stansiyasının yenidən qurulmasında iştirakı məmnunluqla qeyd olundu. Orada 1280 meqavat gücündə yeni tikilən stansiya üçün “Ansaldo Energia” şirkəti tərəfindən istehsal olunan dörd ədəd qaz turbininin Azərbaycana gətirilərək quraşdırılmaqda olduğu vurğulandı. Bildirildi ki, layihənin bu ilin sonunda və ya gələn ilin əvvəlində yekunlaşdırılması nəzərdə tutulur.
Görüşdə “Ansaldo Energia” şirkəti ilə, o cümlədən “yaşıl enerji” sahəsində fəaliyyətin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, bu şirkət Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsində iştirakda çox maraqlıdır. Bu xüsusda, şirkətin “AzərEnerji” ASC ilə əməkdaşlıq etmək niyyətində olduğu vurğulandı.
Azərbaycanın Energetika Nazirliyi və “AzərEnerji” ASC ilə “Ansaldo Energia” şirkəti arasında əməkdaşlıq haqqında müqavilələrin imzalandığı xatırlandı, birgə fəaliyyətin gələcəkdə də davam etdiriləcəyinə əminlik bildirildi.
xxx
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Çernobbio şəhərində İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
-
Avropa10:54
Müharibəyə hazırlıq? - Bu ölkə Rusiya ilə sərhəddə bunkerlər tikir
-
Qoroskop10:48
Sevgidə şanslı olacaq 3 bürc: bəxt onlar üçün sürprizlər hazırlayır
-
Maraq dünyası09:48
Dünya şokda: 13 aprel, cümə günü... - Qiyamət bu tarixdə "Xaos Tanrısı" ilə başlayacaq
-
ABŞ09:12
Harrisdən Trampa qarşı sui-qəsd cəhdinə reaksiya: Sevinir
-
Elm və təhsil09:00
Uşaq evindən birinci sinfə gedənləri məktəbə onlar apardılar - FOTO
-
Nəqliyyat08:36
Yeni tədris ilinin ilk günündə paytaxt yollarında vəziyyət necədir? - SİYAHI
-
Magazin108:25
Bakıda qayınanadan ŞOK PLAN: gəlinin acığına bu cazibədar məşhuru toya çağırdı - VİDEO
-
Elm və təhsil07:47
Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur