Rəsmi xronika
Arbitrajla bağlı ərizələrə görə rüsumlar müəyyənləşdi
Arbitrajla əlaqədar ərizələrə görə dövlət rüsumları müəyyənləşib.
Publika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Arbitraj haqqında” qanunun icrası ilə əlaqədar beş məcəllə və altı qanunda dəyişikliyi təsdiq edib.
Qanunun icrası ilə əlaqədar “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyə əsasən arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin verilməsinə görə 100 manat, müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 50 manat, arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə görə 100 manat, yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin verilməsinə görə 50 manat, xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 100 manat rüsum müəyyən edilib.
-
Sosial16:03
Əli Əsədov yeni qərarlar imzaladı
-
Sosial15:14
DSX mayoruna hücum edən idmançı sərbəst buraxıldı
-
Rəsmi xronika14:28
İlham Əliyev Maqdalena Qrononu qəbul etdi
-
Nida Xəbər 13:50
Əli Əkbər Əhmədian Bakıdadır: Buradan İrəvana gedəcək - Məqsədi nədir?
-
Hadisə13:20
Azərbaycanda qadın baldızının intim görüntülərini yaydı: ərinin müdiri ilə...
-
Dünya12:50
Netanyahuya qalmaqallı tövsiyə: Türkiyə ilə müharibəyə hazırlaş
-
Sosial12:30
Minlərlə evə bildiriş göndərildi - Bu şəxslərin pensiyası ləğv edilə bilər
-
Nida Xəbər 12:12
İrəvan təsdiqlədi: Yaxın günlərdə Azərbaycanla Ermənistan arasında...