Rəsmi xronika
İlham Əliyev Maqdalena Qrononu qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Publika.az xəbər verir ki, Maqdalena Qrono yeni vəzifədə dövlətimizin başçısı tərəfindən qəbul olunmasına görə minnətdarlığını ifadə etdi.
O, təyyarə qəzası ilə bağlı dərin hüznlə başsağlığını çatdıraraq, aviaqəzanın bütün səbəblərinin hərtərəfli şəkildə araşdırılacağına ümidvarlığını bildirdi.
Azərbaycanın Avropa İttifaqının vacib tərəfdaşı olduğunu deyən qonaq vurğuladı ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasında maraqlıdır.
Maqdalena Qrono ölkəmizin region və onun hüdudlarından kənar kontekstində əhəmiyyətinə toxunaraq, bu xüsusda Avropa İttifaqı ilə Azərbaycan arasında dialoqun önəmini vurğuladı. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini deyən qonaq, xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın zəngin tarixə malik olduğunu vurğuladı. Bu xüsusda, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji, nəqliyyat, investisiyalar, ticarət və qarşılıqlı maraq doğuran digər sahələrlə bağlı məsələlərə toxunuldu.
Dövlətimizin başçısı ölkəmizin Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirdi və Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesinin ikitərəfli müstəvidə aparıldığını dedi.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı üçün təmasların davam etdirilməsinin vacibliyi vurğulandı.
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial31 Oktyabr 19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
-
Avropa31 Oktyabr 17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib


































.jpg)
.jpg)
