Dünya
“Casuslar” yollarda: şəxsi məlumatlar ələ keçirilir - Maşını belə qəzaya uğradırlar

Xəbər verdiyimiz kimi, ABŞ-ın Las-Veqas şəhərində ölkənin yeni seçilmiş prezidenti Donald Trampa məxsus "Trump International Hotel"in yaxınlığında "Cybertruck" avtomobili partlayıb.
Publika.az xəbər verir ki, “Tesla”nın sürücü haqqında ətraflı məlumat toplayıb polisə verməsi sürücülərin məlumatlarına, qeydlərinə və yerlərinə rahatlıqla daxil ola bilindiyini ortaya qoyub.
Bu hadisə smart sistemləri olan nəqliyyat vasitələri ilə bağlı kibertəhlükəsizlik problemini gündəmə gətirib.
Mütəxəssislər məlumatların necə toplandığını, başqalarının bu məlumatlara daxil olub-olmadığını və nəqliyyat vasitələrinin uzaqdan idarə təhlükəsini Türkiyənin “Milliyət” qəzetinə izah edib.
Partlamağı mümkündür
Məsələ üzrə mütəxəsssis Tamer Şahinin sözlərinə görə, internetə qoşula bilən avtomobillər istehsalçılar tərəfindən idarə oluna bilər:
“Bu avtomobillər uzaqdan tam idarə oluna bilər. “Tesla” uzaqdan qapının kilidini aça, avtomobili bağlaya, avtomobildə kamera və mikrofonu işə sala bilər. Üzərindəki batareya ilə bağlı parametrlər də uzaqdan dəyişdirilə, partlatma və bu kimi zərərli şeylər edilə bilər”.
Telefondan məlumatlar ötürülür
Bütün bunlar Çin elektrik avtomobilləri üçün keçərlidir və Çin tərəfindən üzərindəki sensorlar, kameralar və mikrofonlarla izlənilə bilər. Mobil telefonunuzu bu avtomobillərə qoşduğunuz zaman kontaktlarınıza çıxışınız varsa və ya telefonunuzdan tam inteqrasiya olunmuş şəkildə istifadə edirsinizsə, bu məlumatlar avtomobilin məxsus olduğu şirkətə ötürülə bilər. Hətta siz icazə verdiyiniz zaman mesajlarınıza və bütün digər məlumatlara da daxil ola bilərlər.
Roza
-
İdman21:35
“Atletik” - “Qarabağ" oyununda ilk hissə başa çatdı - CANLI/YENİLƏNDİ
-
İdman21:11
"Qarabağ"ın oyununda erməni təxribatı - Foto
-
Magazin120:36
Sonaxanım efirdə parikini çıxardı: "Deyirlər ki, keçəldir" - VİDEO
-
Hadisə19:00
Bakı metrosunda ölüm hadisəsi baş verdi
-
Nəqliyyat18:30
Bakıda axşam tıxacı: 13 yol keçilməz oldu
-
Nəqliyyat18:10
Azərbaycanda 71 yaşlı qadın taksi sürür
-
Dünya17:35
Bu ölkədə türk dili və ədəbiyyatı tədris olunacaq
-
Nida Xəbər 16:37
"Səmavi dinlər" layihəsi Vatikanda təqdim edildi