Rəsmi xronika
Prioritetlər sırasında Çin xüsusi yer tutur - İlham Əliyev
Prioritetlər sırasında Çin xüsusi yer tutur.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.
Dövlət başçısı aparıcının Azərbaycanın Ümumilli Lideri Heydər Əliyevlə bağlı sualını cavablandırarkən qeyd edib ki, o, iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulmasında mühüm rol oynayıb:
"O, Prezident olanda ilk səfərlərindən birini Çinə etdi. Zənnimcə, bir ildən sonra Çini ziyarət etdi, 1994-cü il idi. O gündən bu münasibətlər quruldu. Onun irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur".
Azərbaycan Prezidenti söyləyib ki, ötən 20 ildə dünya dəyişib, Azərbaycan dəyişib, lakin prioritetlər dəyişməyib:
"Odur düşünürəm ki, əgər atam səmadan baxaraq bizim harada olduğumuzu görə bilsəydi, o, Azərbaycana və Çin-Azərbaycan münasibətlərinə görə qürur duymuş olardı".
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır













.jpg)
























