Rəsmi xronika
İlham Əliyev Əbdüllətif Camal Rəşidi təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev İraqın milli bayramı münasibətilə bu ölkənin Prezidenti Əbdüllətif Camal Rəşidə və İraq xalqına təbrik məktubu ünvanlayıb.
Publika.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
İraq Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Bu yaxınlarda Nyu-Yorkda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini yüksək qiymətləndirirəm. Əminəm ki, Azərbaycan-İraq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İraq xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
-
Avropa00:15Zelenski Putinə açıq məktub yazdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir insan daxili dünyanızda yeni hisslər oyada bilər
-
ABŞ4 İyun 23:50Mask planetin ilk trilyonçusu olacaq
-
Magazin14 İyun 23:36Oğluna dördüncü dəfə Laçında toy etdi
-
İdman4 İyun 21:48Ayxan Abbasov: “Belə söhbətlərə qarışa bilmirik”
-
Magazin14 İyun 20:48Ölüm xəbərindən sonra onu bağışladığını açıqladı
-
İdman4 İyun 20:12Şəxsi təyyarə ilə Liverpula gəldi - Yaxın saatlarda…
-
Sosial4 İyun 18:36Azərbaycanlı bloqerlər Taylandda qəzaya düşdü - VİDEO























.jpg)













