Rəsmi xronika
Azərbaycan lideri İraq xalqını milli bayram münasibətilə təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İraqın milli bayramı münasibətilə bu ölkənin Prezidenti Əbdüllətif Camal Rəşidə və İraq xalqına təbrik məktubu ünvanlayıb.
Publika.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
İraq Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Bu yaxınlarda Nyu-Yorkda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini yüksək qiymətləndirirəm. Əminəm ki, Azərbaycan-İraq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İraq xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
-
Dünya12:54
Naxçıvandan qayıdan İlbər Ortaylının halı pisləşdi: Xəstəxanaya yerləşdirildi - FOTO
-
İdman12:24
Türkiyə futbolunun əfsanəsi: Qurban olum Qurban hocaya - VİDEO
-
MDB12:06
İbrahim Süleymanov Rusiyada həbs edildi: Sirli milyarder nədə ittiham olunur?
-
Dünya11:12
Trampın qorxusu: 2026-cı ildə sağ qalmaq istəyirəm
-
ABŞ10:48
O bacılar 36 ildən sonra tapıldılar: Böyük səs-küy yaradan hadisə - FOTOLAR
-
İdman10:18
Azərbaycanda futbolçulara ən çox məvacib verən 3 klub
-
Dünya09:13
Sosial problemlərin həlli əvəzinə futbola pul ayırmaq: Bu ölkə qarışdı - VİDEO
-
Magazin208:48
Parisdə mini libasda poza verdi - FOTO