İlham Əliyev Şahbaz Şəriflə görüşdü - Foto/Yeniləndi
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Şahbaz Şəriflə görüşdü - Foto/Yeniləndi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 7-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü olub.

Publika.az xəbər verir ki, Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qarşıladı.

Dövlət başçısı və Pakistanın Baş naziri birgə foto çəkdirdilər.

Görüşdə dövlət başçısı Vətən müharibəsində şanlı Qələbənin beşinci ildönümü münasibətilə sabah Bakıda keçiriləcək hərbi paradda iştiraka görə Məhəmməd Şahbaz Şərifə təşəkkürünü bildirdi, bunu ölkələrimiz arasında qardaşlığın nümunəsi kimi qiymətləndirdi.

Parada dəvətə görə minnətdarlığını bildirən Pakistanın Baş naziri burada iştirak etməkdən məmnunluğunu vurğuladı. Qonaq Prezident İlham Əliyevi və xalqımızı möhtəşəm Zəfərimizin beşinci ildönümü münasibətilə təbrik edərək, paytaxt İslamabadın Azərbaycanın Qələbəsi şərəfinə ölkəmizin üçrəngli bayrağı ilə bəzədildiyini diqqətə çatdırdı.

Dövlət başçısı təbriklərə görə təşəkkürünü ifadə etdi.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən qardaşlıq əlaqələrinin daha da inkişaf etdiyi bildirildi, Azərbaycan və Pakistanın beynəlxalq təşkilatlarda bir-birinə göstərdikləri qarşılıqlı dəstəyə toxunuldu. İkitərəfli ticarət dövriyyəsində artım məmnunluqla vurğulanaraq, siyasi münasibətlərimizin ruhuna uyğun olaraq iqtisadi-ticari əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycan tərəfindən Pakistandan idxal olunan düyüyə və 15 adda digər məhsula güzəştli ticarət tariflərinin tətbiqinin iqtisadi-ticari əlaqələrin inkişafında mühüm amil olduğu bildirildi.

Bu ilin birinci yarısında Hökumətlərarası Kommisiyanın iclasının uğurla keçirildiyi xatırlandı, hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə edildi.

Hökumət nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin tezliklə qarşılıqlı səfərlər həyata keçirməsi ilə bağlı razılıq əldə olundu.

İşğaldan azad olunmuş ərazilərimizdə icra edilən bərpa və quruculuq işlərində Pakistan şirkətlərinin iştirakı ilə bağlı fikir mübadiləsi aparıldı.

Görüşdə ikitərəfli münasibələrimizin perspektivləri müzakirə edildi.

***

Prezidenti İlham Əliyevin noyabrın 7-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü olub.

Publika.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm