Rəsmi xronika
Prezident Slovakiya Milli Şurasının sədri ilə görüşdü - YENİLƏNDİ/FOTO
Bratislavada dekabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Milli Şurasının sədri Rixard Raşi ilə təkbətək və geniş tərkibdə görüşləri olub.
Publika.az xəbər verir ki, Slovakiya Milli Şurasının sədri dövlətimizin başçısını qarşıladı.
Azərbaycan Prezidenti xatirə kitabını imzaladı.
Əvvəlcə Prezident İlham Əliyevin Slovakiya Respublikasının Milli Şurasının sədri Rixard Raşi ilə təkbətək görüşü oldu.
Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş oldu.
Slovakiya Milli Şurasının sədri dövlətimizin başçısını Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması və tarixi normallaşdırma sənədi ilə əlaqədar təbrik etdi.
İki ölkənin parlamentləri arasında mövcud əlaqələrdən məmnunluğunu bildirən Rixard Raşi Azərbaycana, Qarabağa səfərini xatırladı, işğaldan azad edilmiş Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında Slovakiya şirkətlərinin iştirakını ölkələrimiz arasında dostluğun nümunəsi kimi qiymətləndirdi.
Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında keçən il strateji tərəfdaşlıq sənədinin imzalandığını və əlaqələrimizin bu zəmində inkişafını vurğuladı.
Görüşdə Azərbaycanla Slovakiya arasında parlament diplomatiyasının əhəmiyyətinə toxunuldu, beynəlxalq parlamentlərarası təsisatlar çərçivəsində ölkələrin parlament təsisatları xətti ilə əməkdaşlıq məsələləri nəzərdən keçirildi.
Söhbət zamanı enerji, müdafiə sənayesi, humanitar, idman, birbaşa aviareyslər, turizm və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğu qeyd edildi.
xxx
Dekabrın 9-da Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Milli Şurasının sədri Rixard Raşi ilə təkbətək və geniş tərkibdə görüşləri olub.
Publika.az xəbər verir ki, Slovakiya Milli Şurasının sədri dövlətimizin başçısını qarşıladı.
Azərbaycan Prezidenti xatirə kitabını imzalayıb.
-
Ekopublika.az05:15Yaşı 50-dən yuxarı olanları gözləyən çətinlik - Nə etməlisiz?
-
İdman04:30Qərarından peşman olmadığını açıqladı: Hər kəs bu təklifə “hə” deyərdi
-
ABŞ02:00Həftəsonu nə baş verəcək? - Trampdan anons
-
İdman01:40Günün ulduz falı: üzərinizə düşən öhdəliklər qəfil artacaq
-
Dünya3 İyun 23:15SEPAH-dan iddia: Küveyt aeroportunu ABŞ vurub
-
Kriminal3 İyun 23:00Azərbaycanda dəhşətli qətl: Dayısının həyat yoldaşını öldürdü - Yeniləndi
-
Magazin13 İyun 20:36Roza Zərgərli Ramzan Kadırovla görüşündən danışdı: Şəxsən özü göstəriş vermişdi ki...
-
Hadisə3 İyun 20:12İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

















.jpg)


















