Rəsmi xronika
İlham Əliyev: Çox millətlər tarix boyu assimilyasiyaya uğrayıb
"Aramızda çox oxşarlıqlar mövcuddur. Əsrlər boyu böyük imperiyaların tərkibində olmuşuq. Biz sosialist blokun dövlətləri hesab edilən ölkələrdə yaşamışıq. Müstəqil deyildik. Müstəqilliyimizin çox məhdud hüdudları olub. Demək olar ki, eyni vaxtda - 1990-cı illərin əvvəllərində əsl müstəqil ölkələr olduq. O vaxt müstəqilliyi və bütün təsisatları, həmçinin gələcəyimizi sıfırdan qurmalı idik. İndi isə 30 ildən bir qədər artıq müddətdə Slovakiyanın əldə etdiyi tərəqqiyə nəzər salsaq görərik ki, həmin irəliləyiş xalqınızın güclü iradəsi, tarixiniz, mədəniyyətiniz və milli mənsubiyyətiniz sayəsində əldə olunub. Bu gün böyük təəssürat bağışlayan qədim Qəsrdə birgə olduğumuz zaman mən bir daha enerjili, müqavimətli və müstəqil siyasət yürütməkdə bacarıqlı olmağınızın mənbəyini gördüm".
Publika.az xəbər verir ki, bu fikirləri Bratislavada Azərbaycan Prezidenti İlham Əliyev rəsmi ziyafət zamanı deyib.
Prezident bildirib: "Əsrlər boyu milli mənsubiyyətinizi qoruyub saxlaya bilmisiniz, baxmayaraq ki, bu, asan deyildi. Çox millətlər tarix boyu assimilyasiyaya uğrayıb. Bir çox millətlər dövləti qurmaq, dövlətçiliyi qoruyub saxlamaq bacarığını əldən buraxdılar. Lakin Siz bu vəzifənin öhdəsindən gəldiniz. Bu gün Slovakiya adambaşına düşən ümumi daxili məhsula, sənayenin inkişafına, insan kapitalına və yaşayış standartlarına görə aparıcı ölkələrdən biridir. Ölkəniz uğur qazanmaq, öz milli mənsubiyyətini, ləyaqətini qoruyub saxlamaq və dostluq qurmaq istəyən ölkələr üçün örnək ola bilər. Biz Azərbaycanda Slovakiyanı olduqca sülhsevər, dostluğu və imkanları yaradan, dostluğu dəyərləndirən ölkə kimi görürük. Bütün bunlar aramızdakı münasibəti əks etdirir".
-
Magazin106:16Vüsalə bağ evindən görüntülər paylaşdı - VİDEO
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı







































