Rəsmi xronika
İlham Əliyev Slovakiyanın Baş naziri ilə təkbətək görüşdü - FOTO
Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 9-da Slovakiyanın Baş naziri Robert Fitso ilə təkbətək görüşü olub.
Publika.az xəbər verir ki, söhbət zamanı Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq bildirildi.
Ötən il Baş nazir Robert Fitsonun Azərbaycana, hazırda isə Azərbaycan Prezidentinin Slovakiyaya rəsmi səfərlərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə böyük töhfə verəcəyinə əminlik vurğulandı.
Siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilərək, digər istiqamətlər üzrə də əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların mövcudluğu bildirildi.
Robert Fitso Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.
Təbriklərə görə minnətdarlığını bildirən dövlət başçısı regional sülhün təmin olunması istiqamətində Azərbaycanın bundan sonra da səylərini davam etdirəcəyini vurğuladı.
Görüşdə işğaldan azad edilmiş torpaqlarımızda Slovakiya şirkətinin iştirakı məmnunluqla qeyd olundu, iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı






































