Rəsmi xronika
Əli Əsədov Laos Prezidenti ilə görüşdü - FOTO
Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə Laos Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlər tarixində ilk yüksəksəviyyəli səfər kimi xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Prezident İlham Əliyev ilə keçirilmiş görüşün və dövlət başçılarının görüşü zamanı qəbul edilmiş birgə bəyanatın Azərbaycan-Laos əlaqələrinin inkişafına mühüm impuls verəcəyi qeyd olunub.
Laos Prezidentinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşündə iştirakı qeyd olunub.
Azərbaycanın 2024-2026-cı illər üzrə sədrliyi dövründə AQEM-in institusional inkişafı, yeni əməkdaşlıq platformalarının yaradılması və praktiki təşəbbüslərin irəli sürülməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Görüşdə ticarət-iqtisadi, nəqliyyat-logistika, energetika, humanitar, minatəmizləmə və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi








































