Rəsmi xronika
Prezident 2 sərəncam imzaladı
Prezident İlham Əliyev Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Publika.az sərəncamın mətnini təqdim edir:
1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamı ilə yaradılmış İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzrə Dövlət Komissiyası:
1.1. atmosfer havasının çirklənməsinin qarşısının alınması və keyfiyyətinin yaxşılaşdırılması sahəsində sistemli və əlaqələndirilmiş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında atmosfer havasının çirklənməsinə qarşı mübarizəyə dair 2028–2035-ci illər üçün Milli Fəaliyyət Planı”nın (bundan sonra – Milli Fəaliyyət Planı) layihəsini 2027-ci il noyabrın 1-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Milli Fəaliyyət Planının layihəsi hazırlanarkən aşağıdakıları təmin etsin:
1.2.1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də müəyyən edilmiş təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetlərinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında (COP21) qəbul olunmuş Paris Sazişi, habelə Tərəflərin 29-cu Konfransının (COP29) nəticələri və ölkəmizin “Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” sənədi və “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası”nın hədəfləri ilə kompleks şəkildə həyata keçirilməsini;
1.2.2. atmosfer havasının keyfiyyətinin mövcud vəziyyətinin, əsas çirklənmə mənbələrinin və hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənfi təsirinin qiymətləndirilməsini;
1.2.3. atmosfer havasının keyfiyyətinin monitorinqi sisteminin təkmilləşdirilməsini, atmosfer havasına atılan zərərli maddələrin, zərərli fiziki təsirlərin və onların mənbələrinin inventarlaşdırılması və dövlət uçotu mexanizmlərinin gücləndirilməsini, habelə transsərhəd çirklənmə üzrə məlumat mübadiləsi mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasını;
1.2.4. əsas iqtisadi sahələr üzrə atmosfer havasına atılan zərərli maddələrin azaldılmasına yönəlmiş tədbirlərin müəyyən edilməsinini və müvafiq ekoloji standartların təkmilləşdirilməsini;
1.2.5. qabaqcıl texnologiyaların və rəqəmsal nəzarət mexanizmlərinin tətbiqini və təkmilləşdirilməsini;
1.2.6. şəhər və digər yaşayış məntəqələrinin planlaşdırılmasında atmosfer havasının keyfiyyət meyarlarının nəzərə alınmasını, iri şəhərlərdə atmosfer havasının çirklənməsi səviyyəsinə uyğun zonalaşdırma prinsipinin tətbiqini və çirklənmə səviyyəsi yüksək olan ərazilər üçün əlavə tədbirlər planının hazırlanmasını;
1.2.7. iqtisadi stimullaşdırma alətlərindən, yaşıl maliyyələşmə və dövlət–özəl tərəfdaşlığı mexanizmlərindən istifadə imkanlarının müəyyən edilməsini;
1.2.8. atmosfer havasının keyfiyyəti barədə məlumatlara ictimaiyyətin çıxışı imkanlarının genişləndirilməsini;
1.3. Milli Fəaliyyət Planı layihəsinin hazırlanması zamanı qabaqcıl beynəlxalq təcrübədən yararlanmaq məqsədilə beynəlxalq təşkilatların, mütəxəssislərin və ixtisaslaşmış məsləhətçi şirkətlərin cəlb olunması, habelə yerli elmi təşkilatların və mütəxəssislərin, eləcə də vətəndaş cəmiyyəti institutlarının bu sahədə potensialından istifadə edilməsi imkanlarını qiymətləndirsin;
1.4. bu Sərəncamın 1.1-ci bəndinin icrasının təmin edilməsi üçün digər zəruri tədbirlər görsün.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 512 (Cild I); 2025, № 2, maddə 115) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissənin birinci abzasında “Qlobal” sözü “Atmosfer havasının keyfiyyətinin təmin edilməsi, qlobal” sözləri ilə əvəz olunsun və həmin abzasa “ibarət” sözündən sonra “İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzrə” sözləri əlavə edilsin;
2. 2-ci hissəyə “keçirilməsini” sözündən sonra “, eləcə də Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri ilə bağlı digər tapşırıqlarının icrasını” sözləri əlavə edilsin.
-
Rəsmi xronika15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri
-
Avropa13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir













.jpg)




.jpg)














