Tanınmış müğənni də həkim terroruna qarşı çıxdı
Bizi izləyin

Sağlamlıq

Tanınmış müğənni də həkim terroruna qarşı çıxdı

Tanınmış müğənni də həkim terroruna qarşı çıxdı

Tanınmış estrada ifaçısı Elmira Ələkbərzadə bəzi tibb işçilərini naşılıqda ittiham edib.

Məlumata görə, o bu fikirlərini özünün Feysbuk səhifəsində yazıb. E. Ələkbərzadə bildirib ki, dövlət tibb işçiləri üçün lazımı şərait yaratsa da, onlar hələ də insanları şikəst və bədbəxt etməkdən çəkinmir: “Şəhərdə 20 faiz savadlı həkim qalıb. Onlardan da elə yapışmışıq ki, vətənimizdən çıxıb getməsinlər. Dövlətimiz tibb sahəsində çox gözəl işlər görüb və həkimlərimiz üçün şərait yaradıb. Savadınızı artırın, oxuyun ki, insanları bədbəxt etməyəsiniz. Dövlət başçımız bizim üçün hər şey edir, amma heç birimiz baş işlətmək, kitab oxumaq, savadımızı artırmaq istəmirik. Elə istəməyə-istəməyə yazıq insanları şikəst bədbəxt edirik. Həkimin ağılı, savadı olmalıdır, nəinki xalatda 4 dənə cibi...” ("AzNews.az").

Oxumağa davam et
Reklam
Reklam

Gündəm