Sağlamlıq
Sağlamlığın dostu: evdə hazırlanan limonlu dondurma
Yay aylarının vazkeçilməz ləzzətlərindən biri də dondurmadır. Uşaqlarla yanaşı, böyüklərin də sevərək yediyi dondurma 42 dərəcəni keçən bu qızmar yay günlərində dadınıza çata bilər. Elə mütəxəssislərin də tövsiyə etdiyi, bol miqdarda kalsi ehtiva edən bu qida bizi həm sərinlədir, həm də vitamin və minerallarla təmin edir.
Ancaq təəssüf ki, hazır şəkildə aldığımız dondurmalar sağlamlığımıza zərər verə bilər. Çünki bu dondurmaların tərkibində bir çox qoruyucu maddələr olur. Üstəlik, çox vaxt düzgün şəkildə mühafizə edilmir. Odur ki, ən yaxşı üsul dondurmanı ev şəraitində hazırlamaqdır.
Diyetoloqların öz xəstələrinə daha çox limonlu dondurma yeməyi tövsiyə etdiklərini nəzərə alaraq, aşağıdakı resepti təqdim edirik:
Tərkibi:
2 stəkan yarım şəkər tozu
5 ədəd limon
5 stəkan su
Hazırlanması:
Şəkər tozunu və suyu bir qazana tökərək 5 dəqiqə qaynadın. Daha sonra qarışığın soyumasını gözləyin. Kənarda limonları sıxıb şirəsini başqa bir qaba tökün. Limon şirəsini soyumuş şəkər tozu və su ilə qarışdırın. Daha sonra əldə etdiyiniz qarışığı tor süzgəcdən keçirin.
Buzluğa qoyub dondurun. Arada bir qarışdırın. Tam donduqdan sonra süfrəyə verin. Nuş olsun!
Ləman Sultan
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək... -
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO