7 fərqli süd növü və sağlamlığa faydaları
Bizi izləyin

Sağlamlıq

7 fərqli süd növü və sağlamlığa faydaları

Süd orqanizm üçün ən faydalı qidalardan biridir. Ancaq hər südün özünəməxsus xüsusiyyətləri var. Bunu nəzərə alaraq sizin üçün 7 fərqli süd növünü araşdırmışıq.

Publika.az müxtəlif süd növlərinin faydalarını təqdim edir:

1.Pasterizə edilmiş inək südü

2 stəkan inək südündə 1 146 kalori, 5 qram doymuş yağ və 24 milliqram xolesterin var.

Zülal, 9 əsas vitamin, omeqa­3 yağ turşuları və minerallarla zəngin inək südü insanın gündəlik kalsium ehtiyacının 3-də 1-ni ödəyir.

Ancaq yağlı süd infarkt riskini artıra bilər. Ona görə də yağlılığı az olan südlərdən istifadə etmək məsləhətdir.

2. Təbii inək südü

Pasterizə edilməyən inək südü vitamin və minerallar baxımından daha zəngin olsa da, hamilə qadınlara və uşaqlara tövsiyə edilmir.

Çünki pasterizə edilməmiş süddə salmonella adı verilən təhlükəli bakteriyalar ola bilər.

3. Soya südü

1 stəkan soya südü 80 kalori, 4 qram yağ və 7 qram zülal ehtiva edir. Soya südü laktozalı süd içə bilməyənlər üçün yaxşı alternativdir. Bitki mənşəli süd olduğu üçün tərkibində xolesterin yoxdur.

Doymuş yağ ehtiva etmir. Soya südü ürək xəstəliklərindən qoruyur.

4. Badam südü

Badam ürək üçün ən faydalı çərəzdir. Ondan əldə edilmiş süd də ürək xəstəliklərindən qorunmaq üçün faydalıdır. Badam südünün kalorisi çox azdır. 1 stəkanında sadəcə 49 kalori olur. Tərkibində xolesterin və doymuş yağ yoxdur. Badam südü demək olar ki, inək südü ilə eyni miqdarda

D vitamini ehtiva edir. Kalsium baxımından isə inək südündən 2 dəfə zəngindir. Tərkibində omeqa­3 yağ turşuları var. Badam südü pis xolesterinin səviyyəsini aşağı salır, ödəmi azaldır, beynin fəaliyyətini gücləndirir.

5. Hind qozu südü

250 ml. hind qozu yağında sadəcə 45 kalori olur. 1 stəkan hind qozu yağı 4 qram doymuş yağ ehtiva edir. Buna baxmayaraq sağlamlıq üçün çox faydalıdır. Məşhur həkim Dey bol miqdarda hind qozu yeyən və bu meyvənin südünü içən insanalrın ürək xəstəliklərinə yaxalanmadıqlarını bildirir.

6. Keçi südü

İnək südü ilə oxşardır. Ancaq keçi südü daha çox kalori ehtiva edir. 1 stəkan keçi südündə 6.5 qram doymuş yağ və 27 mq. xolesterin var. Bu baxımdan keçi südü o qədər də “məsum” deyil. Ürək xəstəliyi riskini artıra bilər.

7. Düyü südü

Yağsız inək südü ilə eyni miqdarda kalori ehtiva edir. Tərkibində xolesterin və doymuş yağ olmur.

Karbohidrat baxımından zəngin olduğu üçün ürək xəstəliklərinə və şəkər xəstəliyənə səbəb ola bilər. Bu süddən üz dərisinin gözəlliyini qorumaq üçün maskalarda istifadə edilməsi məsləhətdir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm