Sağlamlıq
Formada qalmağın ən asan üsulu
Yerimək formada qalmağın ən sadə üsuludur. Üstəlik, ən asan üsul sayılır. Belə ki, müxtəlif idman növləri bəzi insanlara bir çox səbəblərdən çətin gələ bilər və ya səhhəti bunu etməyə imkan verməz. Amma yerimək idman növləri qədər effektli və zərərsizdir. Demək olar ki, heç bir əks göstərişi yoxdur, həmçinin hər hansı əlavə avadanlıq tələb etmir.
Publika.az-ın sağlamlıq bölməsi, sadəcə yeriməklə nəyə nail ola biləcəyinizi qruplaşdırıb.
1. Normal çəkini saxlamağa kömək edir
Avstraliya alimləri 2013-ci ildə bununla bağlı araşdırma aparıblar. Mütəmadi olaraq yeriyən 822 nəfər üzərində dörd il müddətində apardıqları müşahidələr göstərib ki, əgər yeriməyənlər ildə orta hesabla 1.5 kq. artırsa, piyada gəzənlərin çəkisi çox cüzi artır.
2. Qanda şəkərin səviyyəsini tənzimləyir
Piyada gəzintinin köməyi ilə qanda şəkərin səviyyəsini tənzimləmək olar. “Diabetes Care” jurnalında dərc olunan məqalədə deyilir ki, gündə 3 dəfə yeməkdən sonra 15 dəqiqəlik gəzinti qanda şəkərin səviyyəsinin tənzimlənməsi üçün daha səmərəlidir. Günün ikinci yarısından sonra 45 dəqiqəlik gəzinti isə o qədər də effekt vermir.
3. Əhvalı qaldırır
Amerikalı psixoloq Robert Tayer apardığı tədqiqatlar əsasında iddia edir ki, qaranlıq havada cəmi 10 dəqiqəlik gəzinti insanın əhval-ruhiyyəsini 2 saat ərzində yüksək saxlamağa qadirdir.
4. Yaddaşı gücləndirir
Həftədə 3 dəfə 40 dəqiqəlik gəzinti yaddaşı 2 faiz yaxşılaşdırır. Kirk Erikson apardığı tədqiqat nəticəsində bu qənaətə gəlib ki, bunun əsas səbəbi təmiz havada gəzinti nəticəsində beyin qan dövranının yaxşılaşmasıdır.
5. Yerimək ürək xəstəliklərindən qoruyur
Ürəklə bağlı problemləri olanlar gündə 15 dəqiqə gəzintiyə çıxmaqla riski 5 faiz aşağı sala bilərlər.
6. Bəzi xərçəng növlərinə tutulmaq riskini azaldır
Yerimək həm də maddələr mübadiləsini yaxşılaşdırır. Hormonların səviyyəsini tənzimləyir və immuniteti artırır. Amerika Onkologiya Mərkəzinin apardığı tədqiqatda bildirilir ki, gündəlik bir saatlıq gəzinti qadınlarda süd vəzisi xərçənginə tutulmaq riskini 14 faiz azaldır.
7. Sadəcə, zövq xətrinə gəzin
Təbiətin gözəllikləri ilə tanış olmaq, təmiz havanı dərindən ciyərlərinizə udmaq üçün gəzintiyə çıxın. Yeri gəlmişkən, qeyd edək ki, gəzinti üçün rahat ayaqqabı seçmək şərtdir.
Əgər yeriməklə arıqlamağa qərar vermisinizsə, onda bununla düzgün məşğul olmağı da bilməlisiniz. Kalori yandırmaq üçün məşq zamanı sürəti bir neçə dəfə dəyişmək lazımdır. İki dəqiqə normal tempdə, daha sonra isə iki dəqiqə sürətlə getmək daha yaxşıdır.
Aytən
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO