Sağlamlıq
Yağları yandırıb piyləri əridən məşqlər - FOTOLAR
Hovuz həm əylənmək, həm də dincəlmək üçün ideal yerdir!
İdeal bədənə qovuşmaq və inanılmaz nəticə almağın da yolu məhz hovuzdan keçir. Üstəlik, üzgüçülük bədəni möhkəmləndirən müxtəlif əzələ qruplarını eyni vaxtda işlətməyə kömək edir, təzyiqi normaya salır, ürəyi gücləndirir. Bütün bədən üzvlərini və əzələləri hərəkətə gətirərək qan dövranını da artırır.
Bir sözlə, üzgüçülük sağlam həyat düsturudur. Bu düstura uyğun həyat tərzi seçmisinizsə, Publika.az-ın təqdim etdiyi məşqləri mütləq sınaqdan çıxarın.
Məşqlərə başlamazdan öncə isinmə hərəkəti olaraq mütləq 5-10 dəqiqə üzmək lazımdır:
1. Bir ayağını qaldırın
Tək ayaq üstə dayanaraq digər ayağınızı aşağı-yuxarı hərəkət etdirin. Hər ayaq 15 dəfə olmaqla məşq 4 bənd edilir. Bu məşq ayaq əzələlərini hərəkətə gətirərək yağları yandırır. Qarnı sıxaraq etdikdə isə qarın əzələlərini də möhkəmləndirir.
2. Pedal çevirmə hərəkəti
Kürəyinizi hovuz kənarına söykəyib qolları yana açaraq hovuz kənarından tutun. Ayaqlarınızı isə velosiped sürürmüş kimi hərəkət etdirin. Hər ayaq üçün 2 dəqiqə bəsdir. Dayanmadan 3 bənd təkrar edin. Bu məşq ayaq və bud əzələlərini işlədərək yağları yandırır.
3. İki ayağı birdən qaldırın
Yenə hovuz kənarına doğru söykənin, qolları yana açaraq hovuz kənarından tutun və hər 2 dizinizi birdən qatlayıb yuxarı qaldırın. 15 dəfə olmaqla 3 bənd təkrar edilməlidir.
4. Çömbəlmə hərəkəti
Əllər beldə, ayaqları çiyin bərabərində açın. Şəkildəki mövqeyi aldıqdan sonra ayaqları yuxarı qaldıraraq suda çömbəlmə hərəkətini yerinə yetirin. Dizlər heç vaxt tam açıq olmamalı, azca bükülməlidir. Çömbəlib qalxanda isə beli əyməməyə, sinəni dik saxlamağa çalışın. Çömbəlmə hərəkətini 25 dəfə olmaqla 4 bənd təkrar edin.
5. Önə və arxaya
Bir ayağı iki addım uzunluğunda önə doğru atın, digər ayağınızı diziniz yerə tam dəyməyəcək şəkildə bükün. Bu hərəkəti hər iki ayaqla hər birində 15 dəfə olmaqla 4 bənd təkrar edin. Bunu hovuzun içində gəzə-gəzə də edə bilərsiniz.
6. Qol hərəkəti
Bu məşqi etmək üçün çiyinlər suyun içində olmalıdır. Bir əlin barmaq ucları hovuz kənarına toxunarkən digər əlinizi əvvəl irəli, sonra öndən arxaya çevirin. Sonra digər qol ilə də eyni hərəkəti təkrar edin.
Bu məşq qol əzələlərini möhkəmləndirmək üçün nəzərdə tutulub. Ön, arxa, üst qol və çiyin əzələlərini, həmçinin, çiyin oynaqlarını qüvvətləndirir. Məşqi 15 dəfə olmaqla 3 bənd təkrar edin.
7. Hovuz kənarında oturun
Əlləriniz arxada hovuzun kənarına oturuny. Dizləri açıb bükərək hərəkəti 15 dəfə olmaqla 3 bənd təkrar edin.
Aytən
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri