Sağlamlıq
Bağırsaq xəstəliklərinin qarşısını almaq üçün bu 8 qaydaya əməl edin!
Yediklərimiz, içdiklərimiz bağırsaqlara birbaşa təsir edir. Ciddi xəstəlik kimi qəbul etmədiyimiz qəbizlik isə daha pis xəstəliklərə, eləcə də bağırsaq xərçənginə şərait yaradır. Bu kimi problemlərin qarşısını almaq üçün aşağıdakı tövsiyələrə əməl etmək lazımdır:
Hər gün eyni saatda yeyin!
Səhər yeməyini gec yeyən və gündə 3 dəfə qidalanmayan insanlar bağırsaq problemləri ilə üzləşməli olurlar. Ona görə də, saat 07:00-09:00 arasında səhər yeməyinizi, 12.00-14.00 arasında isə günorta yeməyinizi yeyin. Axşam yeməyini isə ən gec saat 20.00-da yeməlisiniz.
Liftdən istifadə etməyin!
Gün ərzində nə qədər çox addım atsanız, bağırsaqlarınız da bir o qədər sağlam olar. Gündə heç olmasa 30 dəqiqə sürətli addımlarla yeriyin. Liftdən istifadə etməyin.
Hər öyündə salat yeyin!
Salatların tərkibinə vurulan pomidor, xiyar, bibər kimi çiy tərəvəzlər bağırsaqların yaxşı işləməsi üçün vacibdir. Salat liflə zəngin olur. Salatınıza 1 çay qaşığı zeytun yağı əlavə edərək bağırsaqların sağlamlığını qoruya bilərsiniz.
Su için!
Gün əzrində mütləq 10 stəkan su içməlisiniz. Günə 1 stəkan ilıq su ilə başlayın.
Çox çeynəyin!
Yemək yeyərkən kiçik loxmalar alın. Loxmaları yaxşıca çeynəyin. Xörəyi yavaş-yavaş və yaxşı çiynərəyərək yemək həzm sisteminə əhəmiyyətli dərəcədə müsbət təsir edir.
Liflə zəngin qidalar yeyin!
Quru lobya, noxud, yaşıl mərci ən zəngin lif qaynaqlarıdır. Odur ki, həftədə 2 dəfə paxlalı bitkilər yeyin.
Meyvə yeyin!
Gündə ən az 2 porsiya meyvə yeməlisiniz. Meyvələri qabıqlı yeyin. Alma bağırsaqlar üçün ən faydalı meyvədir. Banan və şaftalı isə yumşaq olduqları üçün həzmə elə də yaxşı təsir etmirlər.
Qəhvə və çaydan imtina edin!
Əgər bağırsaqlarınızın daim sağlam qalmasını istəyirsinizsə, həddən artıq çay və qəhvə içməyin. Yaşıl çaya üstünlük verin.
Ləman Sultan
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO