Sağlamlıq
İnsanla qidalanan dəhşətli parazitlər - FOTOLAR
Həşəratlar və parazitlər vasitəsilə yayılan dəhşətli xəstəliklərlə bağlı hamı eşidib. Məsələn, malyariya. Bu xəstəliyi yayan malyariya ağcaqanadıdır. Ən dəhşətlisi isə insan bədənində yaşayan parazitlərdir. Onlar illərlə orqanizmdə qala və özünü biruzə verməyə bilirlər.
Zombi – bu başsız həşərat insan beynində olur və onunla qidalanır. O, əsəb sistemini sıradan çıxarır, baş ağrısı, ürəkbulanma, qusma, hətta ölümə səbəb ola bilər. Bu çox nadir parazitdir və yer kürəsində minə yaxın insanda tapılıb. Həşəratın yayılma yeri isə isti su hövzələridir.
Onxoserkoza filarial – bu qurddur və insanda korluğa səbəb olur. Buna inkişaf etməmiş ölkələrdə rast gəlinir. İnsan immuniteti bu parazitlə mübarizə aparmağa dözmür.
Elefantiaz -bunu fil xəstəliyi də adılandırırlar. Orqanizmin limfa sistemini zədələyir və olduğu nahiyə şişməyə başlayır. Bu qurd həşəratın dişlədiyi yerdə olur və bəzən orqanizmin digər hissələrinə də keçə bilir. Bəzən insan onun orqanizmdə hərəkətini də hiss edir. Qurd 17 il insan bədənində yaşaya bilir.
Qvineya soxulcanı. Bu adətən çirkli su içən insanların bədənində ola bilir. Onlar mədəyə düşəndən sonra böyüyür və uzunluğu 60-90 sm ola bilir. Qurd getdikcə böyüyür və insanın bədəni ona darlıq etdiyindən kənara çıxmaq istəyir. Bədəndə yanma hissi və ağrı olur, insan ağrılardan qurtarmaq üçün soyuq suya girmək istəyir. Amma bunu etmək olmaz. Çünki bu zaman qurd öz yumurtalarını suya tökür, özü isə bədəndə qalır.
Vampir-balıq. Bunlar Amazonkada yaşayırlar. Sidik ifraz edərkən orqanizmə daxil olur və bədəndə qanla qidalanır və dəhşətli ağrılara səbəb olurlar.
Askarid haqqında yəqin ki, çoxu məlumatlıdır. Uzunluğu 30 sm-ə qədər ola bilir. Kənd yerlərində yoluxma hallarına daha çox rast gəlinir. İlk vaxtlar heç bir əlamət hiss olunmur, sonra isə baş ağrısı, qızdırma, qusma olur. Əsasən askaridlərə uşaqların orqanizmində rast gəlinir.
Gülnar Əliyeva
-
Nəqliyyat23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin123:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq