Sağlamlıq
Beli 10 günə incəldən zülal pəhrizi
Canlı orqanizmdə rast gəlinən çoxlu sayda müxtəlif üzvi birləşmələrin içərisində zülallar mühüm əhəmiyyətə malikdir. Onlar mühüm funksional element olaraq bütün canlıların tərkibində var. Maddələr mübadiləsini idarə edən fermentlər zülallardır. Bizim orqanizmimiz zülal istehsal etmək iqtidarında deyil, bu səbəbdən, onları mütəmadi olaraq qida ilə qəbul etmək lazımdır.
Publika.az bu yazıda zülal pəhrizindən bəhs edib.
Zülallı qidaların həzm etmə prosesi çətindir. Zülal pəhrizinin əsas prinsipi belədir: aclıq hissini öldürür, əzələlərin güclənməsinə kömək edir, xüsusilə, qarın və ombalarda toplanmış yağ ehtiyatlarını əriməyə məcbur edir.
Zülal pəhrizi ilə arıqlamaq üçün iki sxem təklif olunur. Onların klassik variantdan əsas fərqi odur ki, karbohidratlar qida rasionundan tamamilə ixtisar edilmir və bu zaman orqanizmə də heç bir ziyan dəymir.
Zülal pəhrizinin birinci sxemi
1. Səhər yuxudan ayılan kimi acqarına dərhal 250 ml. ilıq su için. Su orqanizmdə maddələr mübadiləsini sürətləndirəcək.
2. 30 dəqiqədən sonra səhər yeməyini yeyə bilərsiniz: suda bişmiş 1 yumurta.
3. Pəhrizin birinci yarısı ərzində nahar və şam yeməyində qaynadılmış toyuq əti yeyin.
Toyuğu isə belə hazırlamaq lazımdır: Suda duz atmadan bulyon şəklində qaynadın. Dərisini və piyləri kəsib götürün. Ətin gündəlik norması 800 qramdır.
4. Pəhrizin ikinci yarısını bağırsaq təmizləməsinə həsr edin. Hər gün tərkibində çox nişasta olmayan 1 kilo tərəvəz yeyin.
5. Hər gün özünüzə tərəvəz salatı hazırlayın.
6. Pəhriz boyu gündə ən azı 2 litr su için.
Pəhrizin 2-ci sxemi
1. 10 günlük pəhriz ərzində sutkada 2 litr su, həmçinin itburnu dəmləməsi için.
2. Birinci gün yalnız qaynanmış yumurta yeyin: 4-6 ədəd.
3. İkinci gün - balıq. Qaynadılmış yağsız balığı istənilən qədər yeyin.
4. Üçüncü gün doyana qədər yalnız yağsız kəsmik yeyin.
5. Dördüncü gün qaynadılmış toyuq əti yeyin.
6. Pəhrizin beşinci günü karbohidratlara icazə verilir. Kartofu qaynadılmış halda, lakin duzsuz yeyin.
7. Altıncı günü qaynadılmış yağsız mal ətinə həsr edin. Onu da toxluq hiss edənə qədər yeyin.
8. Yeddinci gün təzə tərəvəzlər yeyilməlidir. Meyvə salatı yeməklə kifayətlənin.
9. Səkkizinci gün şirniyyatdan ötrü darıxanlar üçündür. Bu günün rasionuna meyvə daxil olunub.
10. Doqquzuncu gün təxminən 1,5 litr qatıq için.
11. Onuncu gün - təmizləmə prosesidir. Bu gün yalnız itburnu həlimi və su için.
Aytən
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
















.jpg)


















