Sağlamlıq
Uşaqlarınızın süd dişlərini atmayın - SƏBƏB HEYRƏTAMİZDİR - - VİDEO
Alimlər xəbərdarlıq edirlər! Uşaqlarınızın süd dişlərini atmayın. Süd dişi gələcəkdə onların həyatını xilas edə bilər.
Publika.az-ın məlumatına görə, ABŞ Milli Stomotologiya İnstitutunun doktoru Suntao Şi bildirib ki, insanın süd dişlərində onlarla qiymətli kök hüceyrələri var ki, bu hüceyrələr müxtəlif ağır və sağalmaz xəstəliklərin müalicəsində istifadə oluna bilər.
Dünyanın müxtəlif ölkələrində mütəxəssislər uzun illərdir kök hüceyrələrinin ürək, baş beyin, mədəaltı vəz və digər orqanlara təsirinin öyrənilməsi ilə məşğuldurlar. Doktor Şinin komandası müəyyən edib ki, yetkin insanın dişində yalnız bir növ kök hüceyrəsi olur. 7-8 yaşlı uşaqların süd dişləri isə mütləq şəkildə müxtəlif kök hüceyrələrdən ibarət olur. Bu da o deməkdir ki, uşağınızın kök dişi gələcəkdə onu müxtəlif xəstəliklərdən xilas edə bilər. Bəs bu necə baş verir.
Dişin daxilində yerləşən kök hüceyrələr sonralar neyronlara, sümüyə və qığırdağa, hətta ürək hüceyrəsinə çevrilə bilərlər. Bu prosedur I növ şəkərli diabet xəstəliyinin müalicəsində də öz effektini göstərir. Belə ki, kök hüceyrələr insulin istehsal edən mədəaltı vəzi hüceyrələri kimi də fəaliyyət göstərə bilər. Beləliklə, uşağınızın süd dişini qorumaq üçün nə etməlisiniz? Diş çıxdıqdan sonra ilk 48 saat ərzində onu soyuducuda dondurmalısınız. Təbii ki, steril qabın içərisində.
Mütəxəssislərin fikrincə, ağız boşluğu və diş toxumaları süd dişlərinin kök hüceyrələri hesabına yenilənə bilər. (bizimyol)
-
MDB16:05Lavrov Berlinə cavab: "Bu, əsl müharibənin başlanğıcıdıe!"
-
Maraq dünyası15:56Rusiya prezidentinin qarşısına pələng çıxdı - ŞOK KADRLAR
-
MDB15:27Kremldən Paşinyanın çıxışına reaksiya: Suverenliyini göstərmək istəyir!
-
Ekologiya13:03Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
-
MDB10:50Qazaxıstanda abidələrə qarşı vandalizm - Cəzalar sərtləşdirilib
-
Avropa10:34Britaniya şokda: Mühüm məmurların şəxsi məlumatları internetə sızdırıldı
-
İdman10:25Günün oyunları - AFİŞA
-
İdman09:10Maaşsız oynamağa hazır olsa da, ərəblər buraxmır































.png)




