Sağlamlıq
Səhər yeməyində uşaqlara bunları verməyin! - FOTOLAR
Səhər yeməyi çox önəmli və faydalıdır. Səhər yeməyində uşaqlara tərkibi zülal olan qidalar vermək məsləhətdir.
Bu qidalar gün ərzində insan enerjisini təmin edir. Quru və qızartma yeməklər uşaqlarda vaxtından əvvəl artıq çəkiyə, eləcə də müxtəlif xroniki xəstəliklərin inkişafına səbəb ola bilər.
Publika.az sizə uşaqlar üçün faydalı və dadlı səhər yeməklərinin siyahısını təqdim edir:
Səhər yeməyində şokalad və şirin şeyləri uşaqlar sevir. Lakin bunlar uşaq orqanizminə faydalı inqridentləri özündə cəmləşdirmir. Çalışın tezdən uşaqlara tərkibində zülal olan qidalar verəsiniz. Məsələn, suda və ya yağda hazırlanmış yumurta. Əks halda, uşaqlar bir saatdan bir acacaq və qida rejimi pozulmuş olacaq.
Tezdən acqarına uşaqlara meyvə suyu vermək ziyandır. Meyvə suları mədənin selikli qişasını qıcıqlandırır. Sitrus meyvələri və şirələri özlərində işığa həssas zərərli kimyəvi maddələr saxlayır. Bu, uşaqların dərisini daha da həssaslaşdırır. Daha yaxşı olar kı, uşaqlara təbii ot çayları verəsiniz.
Səhər-səhər uşaqlara tərəvəz və meyvələr vermək olmaz. Onların tərkibində olan turşular uşaq orqanizmini sıradan çıxarır. Məsələn, xurma və pomidorun tərkibində böyük miqdarda pektin və aşılayıcı turşu var ki, bu da öz növbəsində mədə xəstəlikləri yaradır. Yaxşı olardı ki, onları çiy yox, bişmiş halda istifadə edəsiz. Məsələn, tərəvəz şorbası. Gün ərzində uşağı tox tutur və qaz əmələ gətirmir.
Süd faydalı olsa da, acqarına o heç bir effekt verməyəcək. Nə qədər qaynadılsa da, südün tərkibində olan bakterialar birbaşa mədəyə gedir və bu, zərərlidir. Yaxşı olardı kı, süd və yoqurt kimi qidaları səhər yeməyindən yarım saat sonra uşağa verilsin.
Çörəyin tərkibində olan çoxsaylı karbohidratlar qanda şəkərin səviyyəsini artırır və mədəaltı vəzinin həddindən artıq gərginləşməsinə səbəb olur. Uşaqlarda yaşından əvvəl piylənməyə səbəb olur. Bundan əlavə,
bağırsaqlarda qaz əmələ gətirir. Daha yaxşı olardı ki, meyvə qurusu, bal və təbii dənlərdən hazırlanmış batonlardan istifadə edilsin.
Könül Cəfərli
-
Magazin218:12
İstanbulda "Azərbaycan Rüzgarı" "əsəcək" - FOTO
-
Sosial16:40
Müharibə ərəfəsində lentə alınan maraqlı görüntü: Döyüşdən çıxdı, toyuna yola salındı - VİDEO
-
Nida Xəbər 15:40
Sabahdan etibarən 4 gün... - Müdafiə Nazirliyindən xəbərdarlıq
-
Magazin215:00
Alla Puqaçova ilə bağlı şok iddia - 20 milyon dollarlıq əntiq əşyaları...
-
İdman14:10
Ronaldo bir qələbə ilə həm rekord vurdu, həm də Ramosa çatdı
-
Hadisə12:30
Hacıqabulda son vəziyyət necədir? - FHN məlumat yaydı - VİDEO
-
Nəqliyyat12:25
DİQQƏT! Bakıda bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək
-
Magazin212:10
Monika Belluççi sevgilisi ilə əl-ələ - FOTO