Avropadakı yaşlıların hər beş nəfərindən biri yatalaq olacaq
Bizi izləyin

Sağlamlıq

Avropadakı yaşlıların hər beş nəfərindən biri yatalaq olacaq

Elm adamları 2047-ci ildə Avropada yaşayan hər 4 yaşlı qadından və hər 6 kişidən 1-nin yatalaq və ya ağır xroniki xəstəliklərə tutulacağını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə “BMJ Open” dərgisi məqalə yayımlayıb.

Məqalə Rusiya Elmlər Akademiyasının üzvü Sergey Şerbov və komandası tərəfindən hazırlanıb.

Sergey Şerbov ortalama yaşın diqqət çəkən şəkildə artdığını, lakin yaşlı insanların yatalaq xəstəliyinə tutulma riskinin də paralel getdiyini bildirib.

Elm adamlarına görə, gələcəkdə səhiyyə problemlərinin artması səbəbilə mövcud sağlamlıq sistemi gücsüz olacaq və bu vəziyyət dünyəvi böhran yaradacaq. Probelmin qarşısını almağın tək yolu isə insan ömrünü uzatmaq və qocalıq dövründə sağlamlığı qorumaq üçün yeni üsullar tapmaqdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm