Sağlamlıq
Qaynadılmış limon suyunun MÖCÜZƏVİ FAYDASI - İNANILMAZDIR
Müalicəvi xüsusiyyətləri olan limonun indi də qaynadılmış variantının faydaları üzə çıxıb.
Publika.az xarici mətbuatına istinadən xəbər verir ki, qaynadılmış limon orqanizmi gün ərzində ehtiyacı olduğu maddələrlə təmin edir, enerji verir, eyni zamanda da arıqladır.
Limonun qaynadılmasının səbəbi onun mədəyə zərər verməsini önləməkdir. Çünki həssas mədəsi olanlara çiy limon mədə ağrılarına təkan verir. Qaynadılmış limon suyu bağırsaqlarda bakteriyaları məhv etdiyi üçün orqanizminizdə botoks təsiri yaradır.
İnqrediyentlər:
2-3 sm uzunluqda zəncəfil
5 ədəd limon
4-5 diş sarımsaq
2 litr su
Hazırlanması:
Limonun qabığını soyub suyunu sıxın. Daha sonra sarımsaq və zəncıfili blenderdən keçirin. Limon suyunu və digər inqrediyentləri birləşdirin. Ayrı qazanda isə 2 litr suyu qaynadın. Su qaynamağa başlayanda həm qarışığı, həm də limon qabıqlarını əlavə edib qarışdırın. 10 dəqiqə sonra qazanının qapağını bağlayıb soyumağa qoyun və süzün.
Səhər oyanan kimi 1 stəkan qaynadılmış limon suyu için. Mütəmadi olaraq istifadə edildikdə bədəndəki yağların yandırılması prosesi sürətlənir. Beləliklə, artıq çəkidən sürətli və təbii şəkildə xilas olaursunuz.
Limonda olan minerallar mədəni rahatlaşdırır, həzm sistemini gücləndirir. Mədə pozğunluğu və ya qəbizlik kimi problemlərə də rahatlatıcı təsir göstərir. Bundan başqa limon suyu təzyiq səviyyəsini normallaşdırır.
Qaynadılmış limon qabıqları dəri üçün də faydalıdır. Hər axşam yatmazdan əvvəl qaynadılmış limon qabıqlarını üzə çəkmək dəri məsamələrini və ləkələri azaldır.
Orqanizmdən zəhərli toksinlərin atılmasını təmin edir.
Orqanizmi mikrob və infeksiyalardan qoruyur.
Sümük sağlamlığına olduqca faydalıdır.
Aytən
-
MDB09:12
Avtomobillərin texniki baxış qiymətləri yenidən bahalaşacaq
-
Magazin208:22
"Qremmi" mükafatlı müğənni vəfat etdi
-
Hadisə07:55
Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTO
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz