Sağlamlıq
Sarıkökün balla qarışığının İNANILMAZ FAYDASI - MÖCÜZƏVİDİR
Qripə yol açan viruslarla hamımızın başı dərddədir. İctimai yerlərdə, metrolarda, avtobuslarda, ofisdə və digər məkanlarda viruslar bizi tapır və xəstələndirir.
Publika.az xəbər verir ki, türkiyəli dietoloq Emre Uzun immuniteti möhkəmlənmdirməyin yollarını izah edib.
Mütəxəssis bildirib ki, son illərdə sarıkök üzərində 10 mindən artıq araşdırma aparılıb. Elmi məqalə və tədqiqatların nəticələrinə görə, bu ədviyyat ən təsirli dərman bitkilərindən biridir:
"Antioksidantla zəngin olan sarıkök təbii antienflamatuar, eyni zamanda ağrı sakitləşdirici vasitədir. Araşdırmalar onu da təsdiq edir ki, mütəmadi olaraq sarıkök istehlak edənlər soyuqdəymə, öskürək, qrip və tənəffüs sistemində yaranan xəstəliklərə daha az yoluxur. Xüsusilə sarıkök və bal qarışığı orqanizmi virusdan müdafiə edən antibakterial xüsusiyyətlərə malik təbii cövhərdir".
Emre Uzun çayı azaldıb gündə 2 litrə yaxın su içməyi tövsiyə edib. Onun sözlərinə görə su bədən funksiyalarının normal işləməsini təmin edir:
“Bədən funksiyalarının düzgün çalışması sayəsində immunitet sistemi güclənir, metabolizmin fəaliyyəti tarazlığını qoruyur. Qara çayı itburnu, adaçayı, razyana, yaşıl çay, cökə və böyürtkən kimi bitki çayları ilə əvəz edib.
Omeqa 3 yağ turşusu da immunitet sistemi üçün lazımdır. Onun ən yaxşı mənbəyi balıqdır. Çünki Omeqa 3 yağ turşularının iltihab azaldıcı, immuniteti qripə qarşı qoruyucu təsirə malikdir”.
Diyetoloq qripdən qoruyan içkinin reseptini də təqdim edib.
İnqrediyentlər:
1/2 ədəd kivi
1/2 ədəd portağal
1 qaşıq nar
Yarım stəkan su
1/2 çay qaşığı sarıkök
Hazırlanması:
Meyvələri yaxşıca yuyub qabığını soyun. Doğrayın və blenderdən keçirin. Damaq dadınıza görə su və sarıkök əlavə edin.
Aytən
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika12:05
İlham Əliyev qəbul keçirdi
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO