Sağlamlıq
Nar qabıqlarını atmayın!
İnsan sağlamlığına faydaları saymaqla bitməyən nar immun sistemini gücləndirərək, başda xərçəng olmaqla bir çox xəstəlikdən qurtulmağa kömək edir. Həmçinin qabıqları da orqanizm üçün çox lazımlıdır.
Publika.az oxucuları nar qabıqlarının səhhətimizə faydaları ilə tanış edib.
C vitamini baxımından olduqca zəngin olan nar dərinin kollagen quruluşunu dəstəkləyərək ona daha parlaq və sağlam görünüş verir. Nar suyunun dəri hüceyrələrini yeniləyərək müxtəlif dəri xəstəliklərinə yaxşı təsir etdiyi çoxdan sübut olunub.
Nar qabığının tərkibindəki ellagik turşusu isə xərçəng hüceyrələrinin yaranmasına mane olur. Nar qabığı çayı dəri, mədəaltı vəzi kimi ciddi xərçəng xəstəliyinin müalicəsində effektiv nəticə göstərir.
Nar qabığı yalnız xərçəngi deyil, pis xolesterini də aşağı salmağa yardım edir. Dişlərə üçün də faydalı olan nar qabığı diş məcununun əsas maddəsidir.
Nar qabığı çayı necə dəmlənir?Nar qabıqlarında olan ağ hissələri ayırın və qabıqları qəzetə büküb qaranlıq və rütubətsiz şəraitdə saxlayın. Quruyan nar qabığını xırdalayaraq bir fincana töküb üzərinə isti su əlavə edin və 3 - 4 dəqiqə dəmlənməsini gözləyin.
Nar çayını gündə 3 fincandan artıq içməmək məsləhət görülür.
Nar qabıqları ilə saç baxımı
Nar qabıqlarını qaynadıb saça sprey olaraq tətbiq etmək olduqca faydalıdır. O, saç uclarını və saç köklərini bəsləyib nəmləndirəcək, həm də saçların uzanmasını sürətləndirəcək.
Aytən
-
ABŞ10:20Tramp İran bataqlığında: ABŞ Yaxın Şərqdə müttəfiqlərinin etimadını itirir
-
Region09:49Ermənistan Aİİ-dən çıxsa, iqtisadiyyatı çökə bilər - Böyük zərbə xəbərdarlığı
-
Enerji09:00"Brent" markalı neft kəskin bahalaşdı
-
Magazin106:16Müğənni Dəniz yeni imici ilə müzakirə yaratdı - VİDEO
-
Dəb05:1580-ci illərin trendi payızda dəbə qayıdır
-
Region01:41Türkiyədə polis bölməsinin həyətinə naməlum PUA DÜŞDÜ
-
Qoroskop00:30Günün ULDUZ FALI - Cazibənizlə hər kəsin diqqətini çəkəcəksiniz
-
MDB18 Avqust 22:48Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
















.webp)

.jpg)



















