Məşhur professordan işləyən şəxslərlə başlı ŞOK XƏBƏRDARLIQ: Bu, sizi öldürür
Bizi izləyin

Sağlamlıq

Məşhur professordan işləyən şəxslərlə başlı ŞOK XƏBƏRDARLIQ: Bu, sizi öldürür

Stanford Universitetinin professoru Cefri Pfeffer hesab edir ki, müasir iş şəraiti insan sağlamlığına böyük ziyan vurur.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur professor müasir iş rejiminin zərərli təsirlərini qiymətləndirib.

Keçən il “Maaş üçün ölmək” adlı kitab yazan Pfeffer bildirib ki, uzun iş saatları iş və ailə həyatı arasında gərginlik yaradır, iqtisadi asılılığa səbəb olur, fiziki və psixi sağlamlığına mənfi təsir göstərir.

Professorun sözlərinə görə, Birləşmiş Ştatlarda işlə bağlı stressin yaratdığı xəstəliklər nəticəsində hər il 120 min işçi ölüb. O, qeyd edib ki, stress işəgötürənlərə 300 milyard dollardan çox xərcə salıb.

“Əgər ailə və iş həyat arasında balans yaratmağa icazə verilmirsə, işlədiyiniz qurumdan çıxıb daha yaxşı iş tapmalısınız”, - deyə Pfeffer sonda əlavə edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm