Sağlamlıq
Siqaretdən daha təhlükəlidir!
Dövrümüzün ən böyük problemlərindən biri olan hərəkətsizlik siqaretdən daha təhlükəlidir.
Publika.az xəbər verir ki, müəyyən xəstəliklərin qarşısını almaq, fiziki fəallığının faydaları mövzusunda cəmiyyət şüurunu formalaşdırmaq və təbliğ etmək məqsədi ilə 10 May Dünya Səhiyyə Təşkilatı tərəfindən "Sağlamlıq üçün Hərəkət Et günü" kimi qeyd olunur.
Üsküdar Universiteti Səhiyyə Elmləri Fakültəsinin Fizioterapiya və Reabilitasiya kafedrasının müdiri Defne Kaya hərəkətsizliyin sağlamlıq üzərindəki təsirləri haqqında mühüm məlumatlar verib. Türkiyəli professor bildirib ki, ürək sağlamlığı üçün həftədə ən az 150 dəqiqə gəzmək, üzmək və ya velosiped sürmək faydalıdır. İdman məşqləri, ağırlıq qaldrmaq, plates və yoqa kimi meditasiyalar əzələ və sümüklərinizi, ruhunuzu, ürəyinizi və beyninizi oksigenlə təmin edəcək.
Hərəkət yüksək təzyiqi nəzarət altında saxlayır
Professor hərəkətsiz həyat tərzinin siqaretdən daha təhlükəli, hətta xərçəngə səbəb olduğunu deyib:
"Yeniyetmə və cavanların gündə ən az 10 saat sabit vəziyyətdə oturması bizi məcbur edir ki, həyəcan təbili çalaq. Odur ki, hərəkətsiz həyat tərzi siqaretdən daha təhlükəlidir. Hərəkətsiz həyat və uzun müddət sabit vəziyyətdə oturmaq yüksək qan təzyiqi olmaqla, bir çox xərçəng növlərinin yaranma riskini artırır. Yüksək qan təzyiqi isə infarkt, iflic, böyrək xəstəlikləri və ürək çatışmazlığı kimi xəstəliklərə yol açır.
Kök, duzlu, yetəri qədər meyvə və tərəvəz yeməyən, həddən artıq qəhvə və alkoqol içən, siqaret çəkən, yuxu rejimi pozulmuş və kifayət qədər idman etməyən insanlar yüksək təzyiqdən əziyyət çəkir. İdman yüksək təzyiq riskini aşağı salır. Bu, yüksək təzyiq müalicəsində çox önəmlidir”.
Günə 30 dəqiqəlik templi gəzinti ilə başlayın
Mütəxəssis hesab edir ki, 35 yaşından sonra ən təhlükəsiz məşq templi gəzintidir:
"Hər səhər 30 dəqiqə templi gəzinti ilə günə başlayanların qan təzyiqi oturaq həyat tərzi sürənlərlə müqayisədə daha stabildir. Gün ərzində hər yarım saatdan bir ayağa qalxıb 3 dəqiqə gəzənlərdə də qan təzyiqinin normal olduğu müşahidə olunur”.
Aytən Məftun
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO


















.jpg)
















