Sağlamlıq
Yay aylarında bu qidalara xüsusi diqqət edin - - FOTOLAR
Yay aylarında cansıxıcı istilərin təsirini azaltmaq və sağlamlıq problemlərindən qorunmaq üçün qidalanmaya xüsusi fikir verilməlidir.
Publika.az xəbər verir ki, bunu qida mütəxəssisləri tövsiyə edir.
Bu mövsümdə yaşanan qida zəhərlənmələri, baş gicəllənməsi, halsızlıq, izhal kimi problemlərin başında məhz qidalanmada yol verilən yanlışlıqlar dayanır.
Yay aylarında istiliklə bərabər artan maye çatışmazlığı və mineral itirilməsinin qarşısını almaq üçün kifayət qədər su içmək önəmlidir. Gündəlik 2-2,5 litr su içmək hər bir normal insan üçün vacibdir. İsti günlərdə mayonez, krem, yağlı sos, qatı yağ kimi qidalardan uzaq durmaqda fayda var. Yağda qızardılmış yeməklərin miqdarı azaldılmalı və daha çox qaynadılmış, buxarda və ya sobada bişirilmiş yeməklərə üstünlük verilməlidir.

Meyvə istifadəsi
Yay aylarında sululuq miqdarı daha çox olan qarpız və yemiş kimi meyvələr bol miqdarda yeyilir. Lakin nəzərə alınmır ki, onların tərkibində şəkər çoxdur və bu, qanda şəkərin miqdarının artmasına səbəb olur. Bundan başqa, çəki artımı qeydə alınır. Buna görə də meyvə istifadəsi gündə 2-3 porsiya ilə məhdudlaşdırılmalı, yanında pendir, süd kimi protein qrupuna daxil olan qidalar yeyilməlidir.

Açıq qalan qidalar
Bu qidalar tez xarab olduğu üçün (ət, yumurta, süd, balıq) açıq şəraitdə saxlanmamalıdır. Həmçinin, alınması, saxlanması, bişirilməsində gigiyenaya diqqət olunmalıdır.

-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO












.webp)












.jpg)










.jpg)

.jpg)