Koronavirus xəstələri nikotinlə müalicə ediləcək
Bizi izləyin

Sağlamlıq

Koronavirus xəstələri nikotinlə müalicə ediləcək

Həkimlər koronavirusun müalicəsinin axtarışlarını davam etdirir. Fransız həkimlər öz metodikalarına nikotin plastırları daxil etməyi planlaşdırırlar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu plastrlar COVID-19 xəstələrinə və tibb işçilərinə yapışdırılacaq. Həkimlərin qeyri-adi addım atmasına səbəb parisli bir qrup alimin araşdırması olub. Məlum olub ki, koronavirus xəstəsi olanlar və evdə müalicə alanlar arasında siqaret çəkənlər olduqca azdır. Halbuki, əvvəllər mütəxəssislər bunun əksini iddia edirdi.

Tədqiqatda koronavirus testi müsbət çıxan 480 xəstə iştirak edib. Xəstəxanada müalicə alanların orta yaşı 65 yaş olub. Bunlardan yalnız 4,4%-ni hədsiz siqaret çəkənlər təşkil edib. Evdə müalicə alanların yalnız 5,3%-i siqaret çəkənlər olub (orta yaş 44).

Müqayisə üçün deyək ki, Fransada 44-53 yaş arasında siqaret çəkənlər təxminən 40%, 65-75 yaş qruplarında isə təxminən 11% təşkil edir. Beləliklə, siqaret çəkənlərin kifayət qədər az hissəsi koronavirusa yoluxub və onlar xəstəliyi olduqca yüngül keçirib.

Bu göstəriciləri təhlil etdikdən sonra elm adamları iki nəzəriyyə irəli sürüb. Birincisi, nikotin koronavirus infeksiyasının qarşısını ala bilər. İkincisi, nikotin immun sistemini virusa həddindən artıq kəskin reaksiya verməklə qoruya bilər. Hər iki halda, nikotin COVID-19-a yoluxduqda bədənə faydalı təsir göstərə bilər.

Bu versiyaları sınaqdan keçirmək üçün alimlər nikotin plastrlarını reanimasiya şöbələrində və palatalarda olan yoluxmuş xəstələrə yapışdırmaq qərarına gəlib. Plastrları həkimlər də istifadə edəcək.

Həkimlər siqaretin sağlamlığa ciddi zərər verdiyini xatırladaraq onu çəkməməyə çağırırlar.

Bu, siqaretin təsiri barədə aparılan ilk araşdırma deyil. Bundan əvvəl Pier və Mariya Küri Universitetinin alimləri oxşar nəticələrə gəlmişdi. Xəstəxanaya yerləşdirilən 11 min xəstənin yalnız 8,5% -nin hədsiz siqaret çəkdiyi iddia edilmişdi.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm