Sağlamlıq
Gündə 3-5 qram yeyin və bu xəstəliklərə qalib gəlin
Rusiyalı dietoloq Elena Solomatina duzdan imtina etməyin faydaları barədə iddiaları rədd edib.
Publika.az xəbər verir ki, o bu barədə "Sputnik" radiosuna açıqlamasında danışıb.
Dietoloq qeyd edib ki, bir çoxu duzu rasiondan tamamilə çıxarmağa çalışır:
"Natrium xlorid qidaların tərkibində təbii formada olur, amma təbii ki, tez-tez onu yeməyə əlavə edirik. Bədənin əslində duza ehtiyacı var, onsuz sinir-əzələ ötürülməsi mümkün deyil, xlor turşusu mədə şirəsinin əmələ gəlməsi üçün lazımdır. Buna görə də adekvat miqdarda duz faydalıdır. Ümumdünya Səhiyyə Təşkilatı gündə 3-5 qram duz yeməyi tövsiyə edir. Lakin vücudun daha çox duza ehtiyac duyduğu vaxtlar olur. Bu əsasən isti iqlim zonasında yaşayanlara və çox idman edənlərə aiddir.
Dehidrasiya, yorğunluq və aşağı təzyiq vəziyyətində yeməyə daha çox duz əlavə etmək istəyirik. Belə şəraitdə təzyiq artır. Kimisi kofein ilə təzyiqi artırır, kimisi isə bir parça duzlu balıq və ya xiyar turşusu yeyir. Dad reseptorları müəyyən zövqə alışır və duzun miqdarını daim artırsaq, onda hər şey bizə duzlu gələcək. Və əksinə, az duz yesək, məhsulların həqiqi dadını hiss edə bilərik. Çoxları arıqlamaq üçün ümumiyyətlə duzdan imtina etməyə çalışır. Əslində duzsuz pəhriz yalnız müvəqqəti nəticə verir".
Aytən Novruz
-
Nida Xəbər 10:58
Rusiya hadisədən iki həftə əvvəl... - Qəza ilə bağlı şok faktlar üzə çıxdı
-
Maraq dünyası10:14
İlan ilində bu hədiyyələri vermək olmaz - Astroloq xəbərdarlıq etdi
-
İdman08:48
Miqrenin müalicəsində İNQİLABİ KƏŞF
-
ABŞ08:12
Bu ölkədə quş qripi mutasiyaya uğradı - İLK YOLUXMA
-
ABŞ08:00
ABŞ-da 4 yaşlı uşaq dayanacaqda GÜLLƏLƏNDİ - Anası öldürüb?
-
Region07:47
Qadın qızardılmış toyuq yedikdən sonra öldü - MÜƏMMA
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
Şəxsiyyət vəsiqəsində "qız", məlumat bazasında "oğlan" - Qəribə olayın TƏFƏRRÜATI