Sağlamlıq
Virusoloqdan POZİTİV PROQNOZ: “Qışda koronavirus pandemiyası...”
Tədqiqatlar göstərib ki, may ayında virus mart ayına nisbətən on dəfə zəifləyib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə italyan virusoloq, Vita-Salute San Raffaele Universitetinin prorektoru Massimo Klementi danışıb. O, səbəbi virusun mart ayının ilk həftələri ilə müqayisədə zəifləməsi ilə izah edib.
Klementinin rəhbərlik etdiyi Mikrobiologiya və virusologiya laboratoriyasının işçiləri martın 1-dən martın 15-dək xəstəxanaya yerləşdirilən 100 xəstənin və mayın sonunda qəbul olunan 100 xəstənin vəziyyətini müqayisə edən araşdırma aparıb. Mütəxəssislər viral yükü - virusun RNT-nin bir millilitr qan plazmasında hesablana bilən hər hansı virus infeksiyasının şiddətini qiymətləndirib. Tədqiqat nəticəsində alimlər epidemiyanın əvvəlində virus yükünün sonuna nisbətən bir neçə dəfə çox olduğunu aşkar edib.
Eyni zamanda, sətəlcəm xəstələri və reanimasiya şöbəsində müalicəyə ehtiyacı olanların sayı azalıb. Xəstələrin çoxu evdə müalicə edilə bilib.
Koronavirusun zəifləməsi təkcə Vita-Salute San Raffaele Universitetinin alimlərinin apardığı araşdırma ilə təsdiqlənməyib. Klementi “RİA Novosti”yə verdiyi müsahibədə bildirib ki, ingiltərəli mütəxəssislər də Çin, Avropa və ABŞ-da pandemiyanın müxtəlif mərhələlərində virus genomunun ardıcıllığını təhlil edib.
“Qışda meydana gələn koronavirus pandemiyası təkrarlana bilməz. Bunu tam əminliklə söyləyə bilmirik, lakin böyük ehtimalla belədir”, - Klementi koronavirusun zəifləməsi meylindən danışıb.
Aytən Məftun
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Sosial12:07Agentlik sədri gənc xanıma vəzifə verdi - FOTO
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
MDB10:45Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək - İlginc səbəb
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi


















.jpg)









.jpg)





.jpg)




