Sağlamlıq
Koronavirusdan ölüm riskini azaldan dərman hansıdır? - UCUZ VƏ ASAN TAPILAN İMİŞ
"Deksametazon" adlı dərman yeni tip koronavirusa yoluxan və vəziyyəti ağır olan xəstələrin həyatını xilas edə bilər.
Publika.az xəbər verir ki, bu barədə İngiltərənin Oksford Universitetinin araşdırmasında deyilir.
Xəbərə görə, ucuz və asan tapıla bilən steroidə qarşı bu dərman koronavirus xəstələrinin ölüm riskini aşağı salır. Belə ki, dərmanı qəbul edən, tənəffüs aparatı qoşulmuş xəstələrdə ölüm faizi üçdə-bir, standart oksigen müalicəsi alanlarda isə beşdə-bir azalır.
Araşdırmaya liderlik edən Oksford Universitetinin professoru Martin Lendri verdiyi açıqlamada bildirib ki, bu araşdırma koronavirus xəstələrinin az miqdarda maliyyə ilə sağalmasını ortaya qoyur.
Digər bir araşdırmaçı Piter Horbi isə iltihabı azaltmaq üçün digər xəstəliklərdə istifadə edilən dərmanın indiyə qədər ölüm riskini azaltdığı müəyyən olunan yeganə dərman olduğunu diqqətə çatdırıb.
İngiltərənin Səhiyyə naziri Mett Henkuk bu gündən etibarən COVİD-19 xəstələrinə “Deksametazon” verilməyə başlanacağını, hazırda əllərində 200 min ədəd bu dərmandan olduğunu elan edib.
BBC-nin mövzu ilə bağlı xəbərində xəstəliyin yüngül simptomlarını yaşayanlarda bu dərmanın effektiv olmadığı qeyd edilib.
Zümrüd
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq
-
Magazin114 May 23:36İlon Mask Pekində keçirilən ziyafətdə hərəkətləri ilə gündəm oldu - VİDEO
-
İdman14 May 23:24PSJ-nin ulduzlarının xanımları ilə çempionluq FOTOSU
-
Magazin214 May 23:00Büstqalter geyinən Cennifer Lopesdən cəsarətli pozalar - FOTO
-
Nəqliyyat14 May 22:48Bu ərazilərdə yeni tunellər tikiləcək





























.jpg)

